Avropa Şəhərciyi Eurovillage 2016

1 oktyabr 2016-cı il tarixində Bakıda Avropa İttifaqına baş çəkin!

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Avropa İttifaqına üzv ölkələrin səfirlikləri ilə birlikdə və Milli Dənizkənarı Parkının administrasiyasının tərəfdaşlığı ilə “Avropa Şəhərciyi 2016” festivalı keçirəcəkdir. Tədbir bu il oktyabr ayının 1-də Bakının Milli Dənizkənarı Parkında (Bulvarda) təşkil olunacaqdır.
Bu il Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi və Avropa İttifaqına üzv ölkələrin Bakıdakı səfirlikləri – Azərbaycan Respublikası ilə mövcud əməkdaşlığın 25 illiyini bir neçə tədbir çərçivəsində qeyd edirlər. Tədbirlərdən biri 2013-cü ildən etibarən ardıcıl olaraq İçəri Şəhərdə keçirilən “Avropa Şəhərciyi” tədbiridir.
“Avropa Şəhərciyi” bütün əhali üçün açıq ictimai məkanda təşkil edilən bir mərasimdir. Festivalın keçirilməsində məqsəd Avropa İttifaqına üzv ölkələrə öz mədəniyyət və ənənələrini nümayiş etdirmək üçün imkan yaratmaqdır. Bir gün davam edəcək bu festivala heç kəs laqeyd qala bilməyəcək, belə ki, “Avropa Şəhərciyi 2016” festivalı çərçivəsində uşaq və böyüklər üçün çoxsaylı müsabiqə və viktorinalar, Avropa ölkələrinə virtual səyahət, milli rəqs və karaoke ifaları, feys-art, şahmat yarışı və s. təşkil olunacaqdır. Müsabiqə və viktorinaların qaliblərini isə xüsusi hədiyyələr gözləyir! Festivala gələn qonaqlar “qaspaço” və “paella” kimi tanınmış Avropa yeməklərinin hazırlanması üzrə kulinariya şousuna tamaşa etməklə yanaşı pizza xəmirinin virtuoz-aşpaz tərəfindən havada fırladılması şousunu yaxından izləyə biləcəklər. “Avropa Şəhərciyi 2016” festivalının səhnəsində uşaqdan tutmuş böyüyə kimi hamını bir sıra sürprizlər gözləyir, belə ki, tədbirdə xüsusi olaraq uşaqlar üçün sehrbazın çıxışı və müxtəlif şoular təşkil olunacaq, ardınca “Səs” (Azərbaycan) layihəsinin iştirakçıları öz ifaları ilə tədbiri davam etdirəcəklər. Festival Avropadan dəvət olunmuş estrada ulduzunun möhtəşəm konsert proqramı ilə yekunlaşacaqdır. Festivalın proqramı ilə tanış olmaq üçün sosial şəbəkələrdəki səhifələrimizi izləyin https://www.facebook.com/EUDelegationtoAzerbaijan/.
Beləliklə, öz ailə üzvləri ilə birlikdə əylənmək və xoş təəssüratlar, eləcə də yeni dostlar qazanmaq istəyən hər bir kəs Milli Dənizkənarı Parkda keçiriləcək “Avropa Şəhərciyi 2016” festivalına qonaq ola bilər. Avropa İttifaqını təmsil edən qonşularımızla görüşmək üçün “Avropa Şəhərciyi 2016” festivalına tələsin!
13902552_1088406734587721_7062236165994693305_n

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: