Azərbaycan Çempionatı 11-ci tur

Qəbələ – Səbail 3:1 Sumqayıt – Keşlə 3:1 Kəpəz – Qarabağ 0:2 Zirə – Neftçi 1:0

Turun açılış matçında “Qəbələ” və “Səbail” komandaları üz-üzə gəlib. Oyuna fəal başlayan meydan sahibləri artıq 15-ci dəqiqədə hesabı açıblar. Sol cinahla irəliləyən Stiven-Monroz boş mövqedə olan komanda yoldaşı Famussa Kone’ni zərbə mövqeyinə çıxartdı. 23 yaşlı Malili futbolçu topu uzaq küncə göndərərək hesabı açıb 1:0. Görüşün 29-cu dəqiqəsində fərq iki topa çatıb. Tellur Mütəllimov’un sağ cinahdan ötürməsini Baqali Dabo başla qapıdan keçirib 2:0. 82-ci dəqiqədə Elvin Camalov’dan ötürmə alan Baqali Dabo qapıçı ilə təkbətək qalaraq hesabı 3:0 edib. Oyunun bitiminə 3 dəqiqə qalmış qapıçı Bezotosnı çıxışda səhvə yol verərək Elton Yaqublu’nun fərqlənməsinə mane ola bilməyib 3:1. Bu qələbə sayəsində əyalət təmsilçisi xallarının sayını 22-yə yüksəltmiş oldu. Sumqayıt – Keşlə görüşü meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Çempionatın lideri “Qarabağ” çətin Gəncə səfərindən 3 xalla qayıdıb. Zirə – Neftçi matçının taleyini 1 qol həll edib. Riçard Qadzenin vurduöu yeganə qol sayəəsində qələbə qazanan “Zirə” xallarının sayını 24-ə yüksəldib. Ehtiyatda bir oyunu olan “Qarabağ” 25 xalla turnir cədvəlinə başçılıq edir. “Zirə” 24 xalla ikinci sıradadır. Aktivində 22 xalı olan “Qəbələ” komandası üçüncü sıradadır.

Frame.az

PƏRVİN BAYRAMOV

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: