Azərbaycanda ilk dəfə Orqan Musiqisi Festivalı təşkil ediləcək

Ölkəmizdə ilk dəfə Orqan Musiqisi Festivalı keçiriləcək. Noyabrın 7-8-də təşkil olunacaq festival Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında reallaşacaq.

Frame.az xəbər verir ki, Mədəniyyət Nazirliyi, “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi olan festival çərçivəsində noyabrın 7-də “Azərbaycan orqan sənətinin inkişafı yolu” mövzusunda elmi konfrans və orqan musiqisindən ibarət konsert keçiriləcək. Festival noyabrın 8-də Avropa orqan musiqisi ilə başa çatacaq.

Festival boyu musiqisevərləri maraqlı musiqi proqramı gözləyir. Belə ki, konsertlərdə Avropa və Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək. Təqdim olunacaq musiqi nömrələri orqanla birgə milli musiqi alətimiz olan tarda da ifa ediləcək. Xanəndə və vokalçılar da səhnədə yer alacaqlar.

Festivalın bədii rəhbəri, “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov bildirib ki, Azərbaycan akademik musiqisi zəngin tarixə malikdir. Azərbaycanda orqan musiqi məktəbi qısa zaman kəsiyində bu sənətə çox böyük peşəkarlıqla yiyələnib və bu gün də dünya səviyyəsində musiqiçilər yetişdirməkdədir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: