Azərbaycanda turizmin inkişafında Formula 1 yarışlarının keçirilməsinin əvəzsiz rolu var-Nigar Arpadarai

Milli Turizm Təbliğat Bürosu 2017-cı ilin fevral ayında “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq Bakı şəhərinin dünyanın aparıcı turizm mərkəzlərindən birinə çevrilməsi məqsədilə yaradılıb. Büro yarandığı gündən bu günədək Bakı şəhərinin beynəlxalq imicinin formalaşdırılması, şəhər brendinin istifadəsi üzrə uzunmüddətli fəaliyyət planının hazırlanması, brenddən istifadə üzrə nəzarət tədbirlərinin görülməsi, fərqli səviyyələrdə təkrar brendinq seçimi və marketinq işlərinin əlaqələndirilməsi, eləcə də turistlərin məmnunluğunun artırılması missiyasını həyata keçirir. Büronun hal-hazırda azerbaijan.travel və salambaku.travel saytları da fəaliyyət göstərir.

Noyabrın 20-də Bakı Şəhər Halqasının təşkilatçılığı ilə Azərbaycanda turizmin inkişafı yollarının həlləri məsələlərinə dair dəyirmi masa keçirilib. Görüşdə Mədəniyyət və Turizm Nazirliyi Milli Turizm Təbliğat Bürosunun rəsmiləri də iştirak edib. Dəyirmi masa ətrafında Mədəniyyət və Turizm Nazirliyi Milli Turizm Təbliğat bürosunun mətbuat katibi Kənan Quluzadə və marketinq meneceri Cəmilə Talıbzadə iştirak edib. Kənan Quluzadə dəyirmi masada iştirak edən jurnalistlərin suallarını cavablandıraraq  Azərbaycana turistləri cəlb etmək üçün bir çox layihələri planlaşdırıb həyata keçirilməsindən, ildən ilə turist axının daha da artaraq turizmdən gələn gəlirin neftdən gələn gəlirə bərabər olacağından bəhs edib. Həmçinin yaxın aylarda turistlər üçün bir sıra mədəni tədbirlərin, art sərgilərin təşkil olunacağını da vurğulayıb. O həmçinin Azərbaycanda turizmin inkişafının tək Bakıda deyil, bölgələrdə də artırılması üçün bir sıra layihələrin hazırlandığını da söyləyib.

Qeyd edək ki, tezliklə Bakı şəhərində turistlər  üçün bələdçilər quraşdırılacaq. Bələdçilər hələlik iki dildə nəzərdə tutulub, amma planda dil sayının artırılması da var.

Cəmilə Talıbzadənin araşdırmasına əsasən isə son aylarda Bakıya İsraildən gələn turistlərin sayında artım müşahidə olunub. Növbəti hədəf Çin və Yaxın Şərq ölkələri olduğu üçün bu istiqamətdə də bir sıra işlər görülür.

Azərbaycanda turizmin inkişafında Formula 1 yarışlarının keçirilməsinin də əvəzsiz rolu var. Bu barədə BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib. Onun sözlərinə görə Bakıda keçirilən bu mötəbər yarışlara ildən ilə maraq artır və hətta ilk ildə ölkəyə təşrif buyurmuş turistlər yenidən biletlər sifariş edərək gözəl Bakımızın qonağı olmaqdan məmnunluq duyurlar.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: