Azərbaycandan Türkiyə istiqamətində aviabiletlərə endirim tətbiq olunub

“Türk Hava Yolları”nın Azərbaycana uçuşlar icra etməyə başlamasının 30-cu ili münasibətilə şirkətin Bakı Nümayəndəliyi tərəfindən aviareyslərə endirimlər tətbiq olunub.

30-cu il münasibətilə 30 faiz endirim kampaniyası tətbiq edilir. Türkiyə istiqamətində istifadə olunacaq biletlərin satışı sentyabrın 30-u və oktyabrın 1-dir. Bu müddətdə istənilən tarixə, istər gediş-gəliş, istərsə də tək istiqamətdə bilet əldə etmək mümkündür. Endirimlər Bakı uçuşlarından başqa “Türk Hava Yolları”nın Gəncə və Naxçıvan uçuşlarında da aiddir.

Qeyd edək ki, Bakı–İstanbul istiqamətində kampaniya bilet qiyməti vergilər daxil olmaqla 165 Avrodan başlayır.

“Türk Hava Yolları” İstanbul aeroportundan Bakıya günlük 3 uçuş yerinə yetirir. Bundan başqa Gəncə və Naxçıvan şəhərlərinə də həftənin müəyyən günlərində uçuşlar təşkil edilir. Eləcə də, “Türk Hava Yolları” markası olan “Anadolujet” aviaşirkətinin İstanbulun Sabiha Gökçen və Ankara hava limanlarına səfərləri mövcuddur.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: