Azərbaycanı təmsil edəcək gimnastlar müəyyənləşib

Bakı idmanın 20 növü üzrə yarışların keçiriləcəyi IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyə ciddi hazırlaşır. Həm dünya, həm İslam aləmi üçün önəmli olan bu Oyunların proqramına ilk dəfə gimnastika da daxil edilib.

Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər veririk ki, Oyunlar çərçivəsində gimnastikanın üç növü – bədii gimnastika, qadın və kişi idman gimnastikası üzrə yarışlar təşkil olunacaq. Mayın 12-də məhz Oyunların möhtəşəm açılış mərasimi günü Milli Gimnastika Arenasında start veriləcək gimnastika yarışları dörd gün davam edəcək.

Proqrama əsasən, mayın 12-13-də bədii gimnastika üzrə təsnifat mərhələləri, mayın 14-də isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək.

İdman gimnastikası üzrə təsnifat yarışları mayın 13-14-də, ayrı-ayrı alətlər üzrə finallar isə mayın 15-də təşkil olunacaq.

Bu mötəbər yarışda gimnastika üzrə 14 ölkədən idmançıların çıxışı gözlənilir.

Azərbaycanı “Bakı-2017”də bədii gimnastlar Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirova, qadın idman gimnastları Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova, Yekaterina Tişkova, kişi idman gimnastları Murad Ağarzayev, Timur Bayramov və Bense Talas təmsil edəcəklər.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: