Azərbaycanlı tələbə “YGP Talent Network” proqramının yarımfinalçısı seçildi

Carlsberg Group-un bir hissəsi olan “Carlsberg Azerbaijan” pivə istehsalı şirkəti Young Global Pioneers-in unikal beynəlxalq tədris proqramında iştirak uğrunda müsabiqənin milli mərhələsini uğurla keçən Azərbaycandan olan yarımfinalçını elan etməkdən böyük məmnunluq hissi duyur. Yarımfinalçı Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarının tələbəsi Nilgün Aslanova olmuşdur.

Onlarla Azərbaycanlı gənc İstedadların Qlobal Şəbəkəsinin bir hissəsi olmaq uğrunda yarışmışdır. İlkin seçim tələbələrin müraciəti əsasında həyata keçirilmişdir, hansı ki, tələbələr müraciətdə bir neçə suala cavab vermiş və günümüzün aktual mövzusu olan “yaşıl iqtisadiyyat”-la bağlı (Enabling transition to green economy in Azerbaijan: role of business, government and society cooperation) inşa (esse) yazmışdırlar. Daha sonra müraciətləri uğurlu olaraq seçilmiş 5 lider konkursda iştiraklarını davam etdirərək müsahibəyə dəvət olunmuşlar. Nilgün hər iki mərhələdən müvəffəqiyyətlə keçmişdir.

Nərgiz Muradova, Carlsberg Azerbaijan-ın insan resurslarının idarəedilməsi və administrativ məsələlər üzrə direktoru, münsiflər heyətinin üzvü:

“Hesab edirəm ki, Carlsberg fonduYoung Global Pioneers tərəfindən həyata keçirilən bu proqram gənclərimiz üçün digər ölkə və xalqların mədəniyyəti ilə tanış olmaq və qlobal məsələlərin müzakirəsinə öz töhfələrini vermək üçün, habelə finalistimizin Azərbaycan gəncliyinin nümayəndəsi və İstedadların Qlobal Şəbəkəsinin üzvü olaraq Vətənə döndükdən sonra tətbiq edə biləcəyi bir çox faydalı məlumatlar əldə etmək üçün əla fürsətdir. Qeyd etmək istəyirəm ki, Azərbaycandan yarımfinalçını seçmək bizim üçün olduqca çətin oldu, belə ki, situasiyaya maraqlı və özünəməxsus baxışa malik və proqramda iştirak etmək arzusunda olan bir çox layiqli gənclər var idi, lakin Nilgün bir sıra meyarlar əsasında seçilmişdir, hansı ki bu meyarlar üzərində namizədlərin qlobal seçimi qurulmuşdur. Nilgünə seçimin növbəti mərhələsində uğurlar və, ən əsası, məqsəd və diləklərini reallaşdırmağı arzu etmək istəyirəm”.

Növbəti mərhələ olaraq Nilgün Young Global Pioneers təşkilatından münsiflər heyəti ilə müsahibədən keçməlidir.

“Tələbənin inkişafı yalnız tədris prosesi çərçivəsində deyil, həmçinin beynəlxalq proqramlar çərçivəsində xarici ölkələrdən olan həmyaşıdları ilə ünsiyyət vasitəsilə baş verir. Qalibin qız olması bizi ikiqat fərəhləndirir, bu, bir daha onu göstərir ki, təhsil almaq üçün hamının imkanları eynidir”, – deyə SABAH-ın İcraiyyə Komitəsinin rəhbəri Şahin Seyidzadə bildirib.

Qeyd edək ki, bu il Carlsberg Fondunun bir hissəsi olan Carlsberg Bequest-in dəstəyi ilə müsabiqə Şərqi Avropa regionunun bir neçə ölkəsində (Rusiyada, Belarusda, Qazaxıstanda və Azərbaycanda) keçirilir. Carlsberg Azerbaijan seçimi SABAH qrupları ilə eksklyuziv partnyorluq çərçivəsində həyata keçirir. Qeyd olunan ölkələrdən olan yarımfinalçılar da yaxın zamanlarda elan olunacaq. Young Global Pioneers onlar arasında Tanzaniya və Zanzibara gedəcək iştirakçını seçəcək. Bu cür yanaşma finalçının ədalətli seçimini təmin edir. Qalibin adı 11 may 2017-ci il tarixində elan olunacaq.

YGP Talent Network – 19 yaşdan 25 yaşa qədər olan liderlər üçün beynəlmiləl tədris proqramıdır. Onun missiyası – dünyadakı problemlərin innovasiyalı həll yollarını birlikdə tapmaq üçün dünyadakı gənc istedadları bir araya gətirmək, onların dünyagörüşünü genişləndirmək, mədəniyyətlərarası əlaqənin səviyyəsini artırmaq və qlobal şəkildə düşünməyi öyrətməkdir.

Bu il YGP Talent Network 23 iyuldan 12 avqusta qədər keçiriləcək Tanzaniya və Zanzibar üzrə təlim turundan başlayacaq. Üç həftə ərzində planetin müxtəlif yerlərindən 20 yaşıd bir-biriləri haqqında daha çox öyrənmək və dünyadakı problemlərin innovasiyalı həll yollarını tapmaq üçün bir araya gələcək.

Turun iştirakçıları universitetləri və qabaqcıl müəssisələri ziyarət edəcək, yerli mədəniyyəti və adətləri öyrənəcək, SOS Uşaq kəndindən olan gənclərlə ünsiyyətdə olacaq, safari-turuna gedəcək və s.

Səfər bitdikdən sonra Young Global Pioneers-in proqramının bütün iştirakçıları İstedadların Qlobal Şəbəkəsinin bir hissəsi olacaq. Bu Şəbəkənin əsasında daha sonra üç aydan bir keçirilən Global Reflection vebinarı və s. kimi onlayn-tədbirlərin mütəmadi olaraq keçirilməsi sayəsində, təlimlər baş tutacaq və mədəniyyətlərarası əlaqələr möhkəmlənəcək.

***

“Carlsberg Azerbaijan” pivə zavodu Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 km məsafədə yerləşir. Carlsberg Qrupunun tərkib hissəsi olan “Baltika” şirkəti zavodu 2008-ci ildə əldə etmiş, 2009-cu ilin may ayında isə yenidənqurma işlərindən sonra istifadəyə vermişdir. Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir. “Carlsberg Azerbaijan” şirkətinin büdcəyə illik vergi köçürmələri 20 milyon AZN-dən, zavodun inkişafına yatırılan ümumi məbləğ isə 40 milyon AZN-dən çoxdur. “Carlsberg Azerbaijan” şirkətinin məhsulu Azərbaycan bazarının 70%-ni təşkil edir (2014-cü il). Şirkət Xırdalan®, Tuborg®, Балтика 7®, Балтика 9®, Xırdalan Export®, Kuler®, Əfsanə®, Жигулевское фирменное®, 33 Export® kimi populyar pivə brendləri istehsal edir.2017-ci ilin fevral ayında şirkət Carlsberg Group-a inteqrasiya prosesinin davamı olaraq Carlsberg Azerbaijan adlandırılmışdır.

Carlsberg Fondu Carlsberg Group-un təsisçisi Y.K..Yakobsen tərəfindən 1876-cı ildə yaradılıb. Carlsberg Fondu elmə, incəsənətə və mədəniyyətə hərtərəfli dəstək göstərir. Fondun verdiyi qrantların ümumi məbləği bir neçə milyard avro təşkil edir. Carlsberg Fonduna Tuborg Fondu, “Yeni Carlsberg” Fondu, “Yeni Carlsberg” Qliptotekası, Frederiksborq qəsrindəki milli tarix Muzeyi və Carlsberg Laboratoriyası daxildir. Hal-hazırda Carlsberg Fonduna Carlsberg A/S-də 30,3 % səhm məxsusdur. Carlsberg A/S-dən alınan illik dividentlərin hesabına Fond təbii, sosial və humanitar elmlər sahəsində yeni tədqiqatları fəal şəkildə dəstəkləyir və bununla bir sıra qlobal problemin həlli üçün imkan yaradır.

 

Əlavə məlumat üçün aşağıdakı əlaqə vasitələrinə  müraciət edə bilərsiniz:

Nadejda Ovsyannikovaya

“Carlsberg Azerbaijan” MMC-nin Korporativ Ünsiyyətlər  üzrə Meneceri

Mob: +994 50 245 27 41

Nadejda.Ovsiannikova@carlsberg.az

və yaxud

LaləƏfəndi

“Carlsberg Azerbaijan” MMC-nin Korporativ Ünsiyyətlər  üzrə Mütəxəssisi

Mob: +994 50 286 76 64

Lala.Afandi@carlsberg.az

www.carlsberggroup.com

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: