Azercell-dən SimSim abunəçilərinə bayram hədiyyəsi

Azercell Telelom MMC müqəddəs Ramazan bayramı münasibətilə abunəçilərinə yeni kampaniyanı təqdim edir. Beləki,26-27 İyun 2017-ci il tarixlərində Azercell  SimSim abunəçiləri şirkətin Ramazan Hədiyyəsi kampaniyasından yararlana biləcəklər. Kampaniya çərçivəsində abunəçilər şəbəkə daxili istifadə üçün 10 dəqiqə və 100 SMS HƏDİYYƏ qazanacaqlar. Kampaniyaya qoşulmaq üçün, BAYRAM sözünü 5757-ə SMS vasitəsilə göndərmək lazımdır (SMS pulsuzdur).

Qeyd edək ki, hədiyyə olunan şəbəkə daxili dəqiqə və SMS-lər kampaniya ərzində yalnız bir dəfə aktiv edilə və 27.06.2017 23:59-dək istifadə oluna bilər.

Azercell Azərbaycan xalqını  Ramazan bayramı münasibətilə təbrik edir və hər kəsə xoş bayram əhval-ruhiyyəsi arzulayır. Bu bayram sevincini  Azercell-lə birgə yaşayın!

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: