“Bahar” adlı hesabat sərgisi keçiriləcəkdir

4 aprel tarixində 19:00-da “Art Tower” qalereyasında “Arts School” rəssamlıq məktəbinin şagirdlərinin “Bahar” adlı hesabat sərgisi keçiriləcəkdir. Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatı və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək.
2010-cu ildən fəaliyyət göstərən Art School məktəbi Arts Council Azerbaijan təshkilatının layihəsidir və gənc rəssamların inkişafı üçün yaradılıb. Layihənin rəhbəri Sona Quliyevadır.
Sərgidə Səyyalı Məmmədovanın gənc rəssam tələbələri Məmmədli Sürəyya, Qurbanzadə İsrafil, Həsənova Fatimə, Hacıyeva Sədəf, Qasımzadə Mehti, Rzayev Orxan, Muradova Neslixan, Rzayeva Mehriban, Xatim Ömər, Qaralova Nazilə, Qurbanov Məhəmməd, Karpın Eduard, Bayramova Qəmər, Fərxad, Üzeyir Baxışzadə və başqalarının sənət əsərləri nümayiş olunacaqdır.
Sərgi 10 aprel tarixindən davam edəcək. Art Tower qalereyasının iş vaxtları hər gün saat 10:00-17:00. Şənbə və bazar günləri 11:00-17:00
Giriş sərbəstir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: