Bakı-2017 flaşmob

Bakı-2017 4-cü İslam Həmrəyliyi Oyunları və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə Oyunlara 25 gün qalan ərəfədə İçərişəhərdə 200-dən çox gəncin iştirak etdiyi fleşmob keçirildi.

Tədbirin əsas məqsədi Bakı 2017 Oyunlarına 25 günün qalması tarixini qeyd etmək, eləcə də əhalinin oyunlar haqda məlumatlılığını artırmaq idi.
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının təbliği məqsədilə keçirilən fleşmob tədbirində 50-dən çöx  rəqqas Oyunlarda iştirak edəcək ölkələrin bayraqları ilə hər kəsi salamlayıb, “Bakı sizi qarşılamağa hazırdır” mesajını verdilər.

Təşkilatçıların qeyd etdiklərinə görə, fleşmobun mahir memarlıq və sənətkarlıq nümunəsi olan İçərişəhərdə keçirilməsi təsadüfi deyil. Bu gün memarlığımızın və mədəniyyətimizin nadir incisi olan İçərişəhər Azərbaycanın tarixi qoruğudur və fleşmobun məhz burada keçirilməsinin əsas səbəbi Azərbaycanın şərq ruhunu qonaq ölkələrə bəyan etməkdir. Ölkəmizə təşrif buyuracaq qonaqlar şərqin nadir incisini, memarlıq nümunəsini görməklə bərabər, eyni zamanda özlərini tarixin bir parçası kimi hiss edəcəklər.

“Fleşmob”-da iştirak edən xoreoqraf Kamran Qədirli tədbirdən aldığı xoş təəssüratı belə bölüşdü:  “Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının bir hissəsi olduğuma görə çox sevinirəm. Oyunlara artıq çox az bir vaxt qalır və həyəcan getdikcə artır. Bu gün də bura yığışmağımızın əsas məqsədi bizim burada yaşadığımız həyəcanı hamı ilə paylaşmaqdır. Əminəm ki, Oyunlar zamanı qonaqlar Bakımızın gözəlliyinə heyran qalacaq.”

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: