Bakıda “İsrael open” yarmarkası keçiriləcək

Oktyabrın 27-də Bakıda “İsrael open” yarmarkası təşkil ediləcək.

Frame.az xəbər verir ki, Nizami Kino Mərkəzində keçiriləcək yarmarkada İsrailin iqtisadiyyat və biznes, səhiyyə, sosial təminat, təhsil, ixtisas oriyentasiyası sahələrində imkanlar və perspektivlər barədə məlumat təqdim olunacaq.

Tədbir çərçivəsində İsrailin müxtəlif sahə və strukturlarının nümayəndələri, proqramların koordinatorları, təhsil müəssisələrinin nümayəndələri, incəsənət xadimləri ilə görüşlər planlaşdırılır. Həmçinin iştirakçılar üçün təqdimatlar, mühazirələr, müsabiqələr, lotereya və İsrailə səyahət şansı təklif ediləcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: