Bakıda IX Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək

Aprelin 23-dən 27-dək Bakıda IX Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək.

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Mstislav Rostropoviç Fondunun təşkilatçılığı ilə keçiriləcək festivalda dünya şöhrətli musiqiçilər və kollektivlər iştirak edəcəklər.

Festival çərçivəsində Heydər Əliyev Sarayında 26 və 27 aprel tarixlərində Rusiyanın Əməkdar Kollektivi Sankt-Peterburq Akademik Simfonik Orkestri çıxış edəcək. Orkestrin bədii rəhbəri və baş dirijoru SSRİ xalq artisti Yuri Temirkanovdu. 26 aprel konsertinin solisti Vadim Rudenko (fortepiano), 27 aprel festivalın təntənəli bağlanış konsertinin solisti Sergey Doqadin (violin) olacaq.
Konsert proqramlarında P.İ.Çaykovski, S.Raxmaninov, S.Prokofyev, D.Şostakoviç və İ.Stravinskinin əsərləri səsləndiriləcək.
Saat 19:00-da baş tutacaq konsertlərin biletlərinin qiyməti 10-40 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.
Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: