Bakıda moldovalı rəssamların əsərləri sərgilənib

Noyabrın 22-də İçərişəhərdə – “Art Tower” qalereyasında moldovalı rəssamlar İon və Yuliya Karkilanın sənət əsərlərindən ibarət “Moldova gül poeziyasında” adı rəsm sərgisi açılıb.

Frame.az xəbər verir ki, sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, Moldovanın ölkəmizdəki səfirliyinin və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının təşkilatçılığı ilə reallaşıb. Sərgi çərçivəsində ziyarətçilər dünya şöhrətli rəssamların müxtəlif mövzulu sənət əsərlərinə baxmaq imkanı əldə ediblər. 30-dən çox sənət əsərlərinin nümayiş olunduğu sərginin üç gün davam edəcəyi nəzərdə tutulub. Paytaxt sakinləri və şəhərimizin qonağı olan xarici ölkə vətəndaşlarının da qatıldığı sərgi maraqla qarşılanıb.

İndiyədək dünyanın ən məşhur rəsm qalereyalarında əsərləri nümayiş olunan rəssamlar daha çox akvarel janrında əsərlərin müəllifi kimi tanınırlar.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: