Bakıda nəqliyyat hadisələrinin araşdırılması üzrə müstəqil orqanların (ITSA) rəhbərlərinin illik iclası keçirilir

Mayın 14-də Bakıda Beynəlxalq Nəqliyyat Təhlükəsizliyi Assosiasiyasının (ITSA, International Transportation Safety Association) himayəsi altında nəqliyyat hadisələrinin araşdırılması üzrə müstəqil orqanların rəhbərlərinin illik iclası öz işinə başlayır.

1993-cü ildə yaradılan və indiyədək 16 araşdırma orqanından ibarət olan Assosiasiya ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi Milli Komitəsi (NTSB), Kanadanın Nəqliyyat Təhlükəsizliyi Komitəsi (CTSB), Niderlandın Təhlükəsizlik Komitəsi (DSB), İsveç, Finlandiya, Norveç, Avstraliya, Böyük Britaniya, Yeni Zelandiya, Hindistan, Yaponiya, Tayvan, Cənubi Koreya, Fransa, Sinqapur və Dövlətlərarası Aviasiya Komitəsinin simasında “Mülki aviasiya və hava məkanından istifadə üzrə Saziş”in iştirakçısı olan dövlətlərin nəqliyyat hadisələrinin araşdırma orqanlarını özündə birləşdirir.

Bu il iclasın keçirilməsi fəxri hüququnu Bakı şəhərini görüşün keçirilməsi məkanı kimi təklif edən Aviasiya və Hava Məkanından Istifadə üzrə Dövlətlərarası Şura və Dövlətlərarası Aviasiya Komitəsi almışdır. Təklif Assosiasiyasının üzvü olan bütün dövlətlər tərəfindən məmnuniyyətlə dəstəklənmişdir.

Tədbirin ilk günü qonaqlar Heydər Əliyev Beynəlxalq Aeroportunu ziyarət edərək yeni aerovağzal kompleksi Terminal 1-in, “Silk Way Technics”, “Silk Way Business Aviation”, “Baku Cargo Terminal” və “Azəraeronaviqasiya” HHİ-nin (AZANS) fəaliyyəti ilə tanış olmuşlar.

İclasda nəqliyyatda təhlükəsizliyin təmin edilməsi sahəsində aktual mövzular, ağır hadisələrin araşdırılması nəticələri, nəqliyyatda təhlükəsizliyin artırılmasına yönələn tövsiyyələrin işlənib hazırlanması və tətbiqi, belə tövsiyələrin dövlət orqanları tərəfindən implementasiyasının monitorinqi müzakirə olunacaq.

İclas iştirakçıları yeni texnologiyaların nəqliyyatda təhlükəsizliyə təsiri və hadisələrin araşdırılması zamanı bu təsirin nəzərə alınmasının vacibliyi mövzusunu müzakirə olunacaq mövzular sırasına daxil etmişdir. Belə problemlərə pilotsuz nəqliyyat sistemlərinin artan tətbiqi, süni intellekt elementlərinin tətbiqi ilə infrastruktur və nəqliyyatın kompüterləşməsi, yeni naviqasiya, axtarış və xilasetmə, və s. sistemlərin tətbiqi aiddir.

Belə yüksək səviyyədə görüş Azərbaycanın paytaxtında ilk dəfə keçirilir və iqamətgahı Bakıda yerləşən Aviasiya və Hava Məkanından Istifadə üzrə Dövlətlərarası Şura tərəfindən uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində regional əməkdaşlığın inkişafı strategiyasının həyata keçirilməsi çərçivəsində təşkil olunur. Bu strategiya ICAO və IATA-nın avianəqliyyatın əlçatanlığının artırılması, mülki aviasiya və uçuşların təhlükəsizliyinin təmin edilməsinin səmərəliliyi üzrə təşəbbüslərinin həyata keçirilməsinə yönəlmişdir.

Azərbaycan Respublikası “Mülki aviasiya və hava məkanından istifadə üzrə Saziş”in tamhüquqlu üzvü olaraq və Aviasiya üzrə Dövlətlərarası Şurasının çox sayda beynəlxalq görüşlərin, seminarların, konfransların təşkili üzrə fəaliyyətinə imkan yaradaraq, bu gün mülki aviasiyada müasir innovativ üsulların və texnologiyaların tətbiqi sahəsində regionda aparıcı yer tutmaq istiqamətində ciddi cəhd göstərir.

Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyi və “Azərbaycan Hava Yolları” aviaşirkəti iclasın keçirilməsində və təşkilində fəal iştirak edir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: