Bakıda xarici ölkələrin turizm agentlikləri arasında görüş keçirilib

Mayın 11-də Azərbaycan Konqreslər Bürosunun dəstəyi ilə Birləşmiş Ərəb Əmirliyinin “Air Arabia” aviaşirkəti tərəfindən “TOP Travel Agency Awards” mükafatlandırma mərasiminə həsr olunmuş görüş keçirilib.

BƏƏ və Hindistanın aparıcı turizm agentliklərinin iştirakı ilə baş tutan görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, iştirakçılara Azərbaycan mədəniyyəti, tarixi və turizm imkanları və Bakıda üçüncü dəfə keçirilən Bakı Şopinq Festival haqqında məlumat verilib.

Görüşün keçirilməsində Azərbaycan Konqreslər Bürosuna üzv olan turizm agentlikləri öz səylərini əsirgəməyiblər.

Tədbirdən sonra qonaqlar paytaxtın görməli yerləri ilə yaxından tanış olublar, onlara Bakının qədim və yeni tikililəri, memarlıq abidələri barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, 2013-cü ildən fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun vəzifələrindən biri Azərbaycana irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək və ölkəmizin beynəlxalq səviyyəli tədbirlər məkanı kimi təbliğidir. Bu məqsədlə Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqələr qurur, bazar iştirakçılarını ölkəyə cəlb etməyə çalışır, əməkdaşlıq üçün beynəlxalq konqres və seminarlarda fəal iştirak edir.

2013-cü ildən fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun vəzifələrindən biri də Azərbaycana irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək və ölkəni beynəlxalq səviyyəli təyinat məkanı kimi təbliğ etməkdir. Bu məqsədlə, Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqələr qurur, bazar iştirakçılarını ölkəyə cəlb etməyə çalışır və bütün maraqlı Görüşlər Sənayesi iştirakçıları ilə əməkdaşlıq etmək üçün beynəlxalq konqres və seminarlarda fəal iştirak edir. Azərbaycan Konqreslər Bürosu ölkəmizdə işgüzar turizmin, həmçinin digər iqtisadi sektorların inkişafı üçün strategiya hazırlayaraq icra edir. Qurumun başlıca məqsədi, dəyərli məlumat və dəstək xidmətlərini təmin etməklə, habelə yerli toplantı sənayesi tərəfdaşlarının maraqlarını qorumaqla, Azərbaycanın nüfuzunu dünya səviyyəli toplantı və görüş məkanı kimi möhkəmləndirməkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilən Festivalın təşkili Azərbaycan Konqreslər Bürosu tərəfindən həyata keçirilir.2017-ci il aprelin 10-dan mayın 10-dək Azərbaycanda ilk dəfə olaraq, Bakı Şopinq Festivalını keçirib. Bu layihəni ötən ilin payızında da (15 oktyabr-15 noyabr) uğurla təkrarlayıb. Hər iki festival şəhərimizin qonaqları, yerli alıcılar və ticarət sektorunun iştirakçıları tərəfindən çox böyük maraq və məmnuniyyətlə qarşılanıb. Üçüncü Şopinq Festival bu ilin 1 mayından start götürüb və 31 may tarixinədək davam edəcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: