1-ci BBQ (Barbekü) Festivalı baş tutub

Mayin 2-i Turizm və Sosial Xidmətlər üzrə BDPT Mərkəzində 1-ci BBQ (Barbekü) Festivalı keçirilib.

Frame.az xəbər verir ki, festivalda “Aşpaz” peşəsi üzrə təhsil alan tələbələrdən ibarət komandalar öz bacarıqlarını nümayiş ediblər. Tədbir Birləşmiş Ərəb Əmirliklərinin Aşpazlar gildiyasının səfir aşpazı, Suriya Aşpaz cəmiyyətinin üzvü, Qərbi Afrika Aşpazlar Asosasiyasının fəxri uzvü İlkin Əkbərzadə, usta aşpaz  Azərbaycanın fəxri turizm işçisi, Birləşmiş Ərəb Əmirliklərinin Aşpazlar gildiyasının üzvü, Beynəlxalq kulinariya Federasiyasının Azərbaycan filialının vitse-prezidenti Anar Qasımov və AS idea MMC-nin təşkilatçılığı ilə baş tutub.

Festivalın qalibləri münsiflər tərəfindən müəyyən olunub. Belə ki, 1-ci BBQ (Barbekü) festivalı üzrə I yer Qəbələ Turizm və Otelçilik üzrə Peşə Təhsil Mərkəzi , II yer Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, III yerə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi layiq görülüb. Qaliblər sertifikat, kubok, medal və təşəkkürnamələrnən mükafatlandırılıb.

Qeyd edək ki, tədbir zamanı “SR Chemical”, “Şef” və “HİD” şirkətlərinin məhsulları təqdim olunub. Eləcə də, “Food Port” şirkəti tərəfindən master klas göstərilib.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: