Baş ağrıları nadir hallarda pis xəstəliklərin xəbərçisi ola bilər

Bəzən insanlar yuxudan başağrısı ilə oyanırlar, bəzənsə səhər yaxşı əhval-ruhiyyə ilə oyansalar da, sonradan başağrısı ilə üzləşirlər. Ağrıkəsicilər, masaj, yenidən yatmaq və s. kimi tədbirlərlə baş ağrısından azad olmağa çalışırlar. Amma onu aradan qaldırmaq üçün ən vacib olanı başağrısına səbəb olan amilin aradan qaldırılmasıdır. Bəs başağrısına səbəb olan amillər nələrdir? Səbəb çoxdur. Amma onların arasında elələri var ki, onu tapmaq asandır.

Səhər başağrılarının yaranmasının əsas səbəbləri bunlardır:

İnsan orqanizmi üçün orta yuxu həddi sutkada 7-8 saatdır. Əgər siz adətən bu normaya əməl edirsizsə, lakin bir gün daha az yatırsızsa, bədəniniz başlayır panikaya düşməyə və nəticədə başınız ağrıyır.

“Panika halında orqanizmdə adrenalin və noradrenalin hormonlarının istehsalı sürətlənir. Nəticədə ürəyin döyüntüsü artır, qan təzyiqi yüksəlir və başağrısı başlayır” — deyə Yeni İngiltərə Nevrologiya Mərkəzinin həkimi Salvatore Napoli bildirir.

Belə olan hallarda başağrısına qarşı istənilən vasitə kömək edir. Əgər bundan sonra da siz başınızda narahatlıq hiss edirsizsə, yaxşı olar ki, 20-30 dəqiqə uzanasız (uzunmüddətli yuxu sizi halsızlaşdıracaq və iş qabiliyyətinizi aşağı salacaq).

Əgər az yatmaq başağrısının yaranmasına səbəb olursa, bilin ki, normadan çox yatmaq da başağrısına səbəb olur. Həkim Napolinin sözlərinə görə, əgər siz 9 saatdan çox yatırsızsa, beyində serotonin hormonunun səviyyəsi aşağı enir. Nəticədə beyində qan dövranı pisləşir və başağrısı yaranır.

Belə başağrıları istirahət günləri yatmağa üstünlük verənlər üçün xarakterikdir. Əlbəttə belə hallarda həblər köməyə gəlir. Amma bu qəbildən olan başağrılarından qaçmağın ən yaxşı yolu saatın zəngini qurmaqdır. Bu, sizə ağılsızlıq kimi görünə bilər, amma yuxuya nəzarət etməyin ən etibarlı yoludur.

“Xoşbəxtlik hormonu” olan endorfinin səviyyəsinini aşağı düşməsi səhərlər başağrısı yaradır. Endorfin aşağı olduqda, bu, serotonin kimi digər neyromediatorların da aşağı düşməsinə səbəb olur.

“Bu səbəbdən baş beyindəki damarlar daralır, sıxılır, qan dövranı pisləşir və başağrısı yaranır” — deyə Dallasdakı Miqrenlərin Öyrənilməsi Mərkəzinin mütəxəssisi Mark Horsendi bildirir.

Alimlər hələlik bu cür kimyəvi reaksiyaların niyə başağrısına səbəb olduğunu bilmirlər. Həkim Horsendinin sözlərinə görə, belə hallarda ən yaxşı vasitə fiziki aktivlikdir. Əgər bu vəziyyətdə fiziki hərəkətlər etsəniz, endorfinin səviyyəsi yüksələcək.

Spirtli içkinin təsirindən tam ayılmamaq da səhərlər baş ağrılarına səbəb olur. Güclü içkiləri həddindən artıq içdikdə alkoqol orqanizmdə susuzluq yaradır. Belə olan təqdirdə beyin hüceyrələrinə gedən qanın miqdarı aşağı düşür və baş ağrımağa başlayır. Alkoqol yuxunu da pisləşdirir və o da başağrısı yarada bilir. Belə hallarda adi su, yaxud da elektrolitik içkilər içmək lazımdır ki, su balansını bərpa etsin. Bu vəziyyətdə C vitamini qəbul etsəniz, qaraciyər alkoqolu orqanizminizdən sürətlə çıxaracaq.

Xoruldamaq yuxuda nəfəsin kəsilməsi kimi xarakterizə edilən apnoeyə səbəb ola bilər. Adamın gecə ərzində bir neçə dəfə 20-30 saniyə nəfəsalması dayana bilər. “Belə məqamlarda beyinə çox az oksigen gedir” — deyə Horsendi bildirib. Alimlər hesab edirlər ki, oksigenin çatışmaması ucbatından beyin hüceyrələrinə qan işləmir, qan dövrəni güclənir, beyindaxili təzyiq güclənir, bu isə baş ağrısı ilə nəticələnir. Siz hətta yuxuda nəfəsinizin kəsildiyini hiss etmirsiz, xüsusilə də əgər tək yatırsızsa. Əgər özünüzdə apnoenin əlamətlərini hiss edirsizsə, mütləq həkimə müraciət etməlisiz. Əgər diaqnoz özünü doğrultsa, siz nəfəs yollarını qüvvətləndirən xüsusi dərman vasitələrinin köməyindən istifadə etməlisiz və daim təzyiqi nəzarət altında saxlamalısız.

Kofein yüngül narkotik maddə hesab olunur. Əgər siz mütəmadi olaraq kofe içirsizsə, hansısa məqamda kofein asılılığından xilas olmaq qərarına gəlmisizsə, sizin orqanizminizə bunu bacarmaq üçün vaxt lazımdır. “Kofein çatışmazlığı beyin qan damarlarının genişlənməsinə, qan dövranının güclənməsinə və baş ağrılarına səbəb olur ” — doktor Napoli bildirib.

Belə simptomlara ən çox səhərləri bir fincan kofe ilə açmaq vərdişi olan kofemanlarda rast gəlinir. Əgər siz kofe asılılığından xilas olmaq istəyirsizsə, bunu birbaşa yox, tədricən edin. Səhərlər içilən kofeni tədricən azaltmağa və tərgitməyə başlasaz, baş ağrılarından qaça biləcəksiz. Baş ağrıları təkcə zəhləmizi tökmür, həm də insanın normal funksiyalarını məhdudlaşdırır.

Doktor Horsendinin fikrincə, başdakı ağrıların səbəbi yüksək arterial təzyiq ola bilər. 140/90 və daha yüksək qan təzyiqi baş ağrılarının standart simptomudur. Eyni zamanda çox adam əlamətlərini hiss etməyənə qədər hətta bilmir ki, hipertoniyadan əziyyət çəkir. Hipertoniya kompleks müalicə, o cümlədən dietanı, tapşırıqların icrasını, həyat tərzinin tamamilə dəyişməsini tələb edir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyadakı böyüklərin yarıdan çoxu baş ağrılarından əziyyət çəkir. Ümumilikdə isə dünyada ömründə heç olmasa 1 dəfə də olsun başı ağrımayan adam yoxdur.

Səhərlər baş ağrılarından çox əziyyət çəkən insanlar səbəblərini izləyərək asanlıqla bu problemi həll edə bilərlər. Çox nadir hallarda bu ağrılar ciddi xəstəliklərin, eləcə də beyindəki şişlərin və ya anevrizmin əlamətləri ola bilərlər. Əgər mütəmadi olaraq baş ağrılarından əziyyət çəkirsizsə, həkimə müraciət edin.

Dr. Günel Ümid
https://www.instagram.com/dr.gunel_umid/

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: