Bavariyada yeni təyinat

Futbol mütəxəssisi 72 yaşlı Yupp Haynkes Almaniyanın “Bavariya” klubuna baş məşqçi təyin edilib.

Frame.az xəbər verir ki, Münhen klubu bu haqda öz rəsmi saytında məlumat yayıb.

Tərəflər arasında 2018-ci il iyunun 30-dək müqavilə imzalanıb. Haynkes isə öz işinə oktyabrın 9-dan başlayacaq.

Klub rəhbərliyi əvvəlki baş məşqçi Karlo Ançelotti ilə sentyabrın 28-də Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “PSJ”yə 0:3 hesablı məğlubiyyətindən sonra yollarını ayırıb.

Qeyd edək ki, Haynkes 2013-cü ildə “Bavariya” klubu ilə Çempionlar Liqası və Almaniya kubokunun qalibi olduqdan sonra baş məşqçilik karyerasını bitirdiyini açıqlamışdı.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: