Beynəlxalq Muğam Mərkəzində fəxri adlara layiq görülmüş mədəniyyət xadimlərinə fəxri adların vəsiqələri və döş nişanları təqdim olunub

Sentyabrın 17- də Beynəlxalq Muğam Mərkəzində prezident İlham Əliyevin  müvafiq sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı  xidmətlərinə görə təltif olunmuş musiqi xadimlərinə  fəxri adların və mükafatların döş nişanlarının və vəsiqələrinin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Tədbirdə çıxış edən  mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, fəxri adların Cümhuriyyətin 100 illiyi ərəfəsində verilməsi xüsisilə əlamətdardır. Mədəniyyət xadimlərinin yaradıcı əməyinin qiymətləndirilməsi ilə yanaşı bu sahəyə aid dövlət proqramlarının qəbul edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi də bu diqqətin bariz nümunəsidir. Mədəniyyətimiz bu gün dünya səviyyəsində tanınır, təbliğ edilir.
 Azərbaycan xalqı isdedadlı xalqdır. Xalqımız,mədəniyyətimiz,müxtəlif sahələrdə böyük sənətkarlar, dahilər yetişdirib. Onlar bizim mədəniyyətimizi,musiqimizi yaşadır. Məhz Prezident İlham Əliyev və birinci vitse-prezident,birinci  xanım Mehriban Əliyevanın gördüyü işlər nəticəsində Azərbaycan mədəniyyəti inkişaf edir və dünyada öz layiqli yerini tutur: “Yalnız müstəqilliyimizdən sonra biz zəngin mədəniyyətimizi bəşəriyyətə tanıda bilmişik” deyə nazir vurğulayıb.
Sonra Xalq artisti və Əməkdar artist adına layiq görülmüş musiqiçilərə fəxri adların vəsiqələri və döş nişanları təqdim edilib.

Mərasimdə çıxış edən  “Şöhrət” ordenli,Xalq artisti  Teymur Göyçəyev, Xalq artisti adına layiq görülmüş Murad Dadaşov və digər təltif edilənlər bu günün onlar üçün əsl bayram olduğunu və böyük məsuliyyət hissi yaratdığını vurğulayıblar.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: