Beynəlxalq Muğam Mərkəzində “İki qəlbin dastanı” adlı kamera musiqi gecesi təqdim edildi

Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin birgə keçirdiyi Üzeyir Hacıbəyli adına IX Beynəlxalq Musiqi festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində “Iki qəlbin dastanı” adlı kamera musiqisi gecəsi keçirildi.

Gecədə Səidə Tağızadə (piano), Əməkdar artist Aleksey Miltıx (cello) duet olaraq Azərbaycan və dünya bəstəkarlarının klassik və müasir əsərlərindən ibarət kompozisiyalarla çıxış etdilər. Robert Şuman- fantastik pyeslər, Sergey Raxmaninov- Violençel və fortepiano üçün sonata, Jorj Massne- düşüncə, Nazim Əliverdibəyov –Elegiya, Astor Piazolla- Grand Tango, Fərhad Bədəlbəyli- Şuşa əsərləri tamaşaçılara təqdim olundu.

Festifal çərçivəsində musiqisevərlər musiqi zövqlərini kökləmək üçün Beynəlxlaq Muğam Mərkəzində cəmləşdilər. Tamaşaçılar hər ifanın sonunda gurultulu alqışlarla ifaçılara öz sevgilərini çatdırdılar.

Qeyd edək ki, festifal çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində 21 sentyabr Beynəlxlaq muğam Mərkəzi və Mədəniyyət kanalının birgə hazırladığı “Sevgili canan” adlı layihə, 23 sentyabr tarixində Eldəniz Ələkbərzadənin (piano) ifasında fortepiano musiqi gecəsi keçiriləcək.

Biletləri şəhərin kassalarından, Azan Xidmət mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: