Beynəlxalq Muğam Mərkəzində “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası oynanıldı

Noyabrın 13- də Beynəlxalq Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrı 144- cü mövsümündə Mirzə Fətəli Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını göstərib.

    Tamaşanın quruluşcu rejissoru, Şuşa Dövlət Dram Teatrının baş rejissoru,Əməkdar Mədəniyyət işçisi, Əməkdar artist Loğman Kərimovdur.

    Böyük mütəfəkkir Mirzə Fətəli Axundov Azərbaycan ədəbi-mədəni fikir tarixində görkəmli dramaturq, incə ruhlu şair, dərin zəkalı filosof və realist nəsrin banisi kimi tanınmışdır. O  öz xalqının tərəqqisi uğrunda çalışmış, bütün ömrü boyu milli-mənəvi dəyərlərimizin keşiyində dayanmışdır. M.F.Axundovun Azərbaycan ədəbiyyatına gətirdiyi ən böyük yeniliklərdən biri milli dramaturgiyanın əsasını qoymasıdır. Ədib 1850-1855- ci illər arasında bir- birindən maraqlı altı komediya yazmışdır. Onun geniş şöhrət qazanmış əsərlərindən biri də “Hekayəti-müsyö Jordan həkimi nəbatat və dərviş Məstəli şahcaduküni-məşhur” (1850) komediyasıdır.

 “Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah” komediyası həm məzmununa, həm də sənətkarlıq xüsusiyyətlərinə görə öz əhəmiyyətini indi də saxlayır.

Bu günkü tamaşanın səhnəyə qoyulmasında məqsəd, gənc nəslə yeni formatda M.F. Axundov yaradıcılığını müasir dövrə uyğun çatdırılması üçün nəzərdə tutulmuşdur.

“Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasında Teymur Məmmədov, Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Hamlet Qənbərov, Yaşar Muradov, Ruhiyyə Həsənova, Mobil Qurbanov, Azad Məmmədov çıxış ediblər.

 Tamaşada Mirzə Ələkbər Sabirin “Bəhri- təvil” və Səməd Mənsurun “Həpsi rəngdir”,”Gülməlidir”qəzəllərindən istifadə olunub.

Noyabrın 15- də Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamlar”ı layihəsi çərçivəsində “Bayatı-Qacar” və “Şahnaz”muğamları səslənəcək.Biletləri şəhərimizin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və online itikcet.az saytından əldə etmək olar.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: