Beynəlxalq Muğam Mərkəzində xalq artisti, tarzən Əliağa Quliyevin 100 illik yubileyi keçirilib

26 may Beynəlxalq Muğam Mərkəzində tanınmış tarzən, xalq artisti Əliağa Quliyevin anadan olmasının 100 illik yubileyi keçirildi. İlk olaraq səhnəyə tədbirin aparcısı Fəlsəfə doktoru Gülhüseyn Kazımlı çıxaraq tarzənin mədəniyyətimizdə, Azərbaycan tar ifaçılığı sənətində gördüyü işlərdən danışdı. Daha sonra  tarzənin həyatını əks etdirən vidioçarxla sənətkarın uşaqlıq illərindən, musiqidə ilk addımlarından əldə etdiyi naliyyətlərindən, həmçinin müharibə illərində vətən üçün göstərdiyi şücaətdən danışıldı.Tədbirdə o cümlədən vidioçarx vasitəsilə sənətkarın öz möhtəşəm ifaları nümayiş edildi.

 Bildirildi ki, Əliağa Quliyev 1917 ci ildə Bakıda dünyaya gəlmiş, Asəf Zeynallı adına musiqi məktəbini tar sinfini  və Azərbaycan Dövlət  Konsertvatoriyanı bitirmişdi. O, Radioda Ü.Hacıbəylinin “Koroğlu” və “Leyli Məcnun”operalarının tar partiyalarını ifa etmişdi. Ə.Quliyevin ifasında Rast, Mahur Hindi, Bayatı-Şiraz, Humayun, Cahargah, Çoban bayatı muğamları radionun qızıl fondunda saxlanmışdır.

Gecədə tarzənin  dostları, Ramiz Quliyev, Canəli Əkbərov, Zamiq Əliyev sənətkarla bağlı öz xatirələrini bölüşdülər. Əlibaba Məmmədovun və Arif Babayevin xatirələri isə video vasitəsi ilə tamaşaçılara çatdırıldı.

Zabit Nəbizadə “ Şirvan Şikəstəsi”, Xalq artisti Simarə İmanova, Zakir Əliyev, Əməkdar artist Sevinc Sarıyeva Ə.Quliyevin bəstələdiyi “Alyanaq” və “Dağlar”mahnılarını ifa edərək  xatirə gecəsinə dahada rəng qatdılar.

Beynəlxalq Muğam Mərkəzi öz ənənələrinə sadiq qalaraq Azərbaycan muğamının inkişafında və bu günümüzə gətirilməsində böyük rolu olan bütün sənətkarların xatirələrini yaşadır.

30 may tarixində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində görkəmli kaman ustası, xalq artisti Habil Əliyevin 90 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: