Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsində yeni faktlar təqdim olunub

Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsinin növbəti tədbiri təqdim olundu. Tədbirdə Bakı xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Seyid Mirbabayevin xatirəsi yad edildi.

Mədəniyyət tariximizdə elə sənətkarlar olub ki, xalq onlara sevgisindən, bəzən də digər səbəbdən haqlarında rəvayətlər yaradıb. Həyatı əfsanələr haləsinə bürünmüş belə sənətkarlardan biri də xanəndə Seyid Mirbabayev olub.

Xatirə gecəsində təqdiqatçı –alim, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı xanəndənin keşməkeşli və əfsanələrə dönmüş həyat və yaradıcılığı haqqında məlumat verdi. Bildirdi ki, Seyid Mirbabayev (əsl adı Mir Tağı ) 1867-ci ildə Bakıda anadan olub. Dindar ailədə böyüyür. Mədrəsə təhsili alır. Erkən yaşlarından dini məclislərdə yaxından iştirak edir. Xeyli vaxt atası və böyük qardaşı kimi mərsiyəxanlıqla məşğul olur. Sonralar musiqiyə maraq göstərir, xalq məclislərində xanəndə kimi çıxış edir. Çox keçmir, məlahətli və şaqraq səsi ona şöhrət qazandırır. Xanəndəlikdən milyonçuya gedən yolun sonunda isə Seyid Mirbayevin həyatı heç də nikbin notlarla davam etmir.

Gecədə xanəndənin həyatı ilə bağlı Beynəlxalq Muğam Mərkəzi tərəfindən aparılan tədqiqatlar nəticəsində əldə olunan yeni faktlar təqdim olundu. Qeyd edildi ki, Seyid Mirbabayev milyonçu olduqdan sonra tək bircə dəfə böyük tarzən Mirzə Fərəcin oğlu İsmayılın 1911-ci il 19 mart tarixində keçiriklən toy məclisində oxumuşdu. Bu faktlar muğamsevərlər və muğam ifaçılıq məktəbimizin müasirləri tərəfindən böyük maraq və rəğbətlə qarşılandı. Bu günə kimi heç bir səs yazısı qalmadığı iddia edilən ifaçının Beynəlxalq Muğam Mərkəzi tərəfindən Dövlət Səsyazmaları Arxivindən əldə olunan plastinkalarından

xanəndənin ifası “Simayi –Şəms” və xalq mahnısı “Ay, bəri bax” səsləndirildi. Tərtib edilmiş maraqlı konsert proqramı və yeni məlumatlarla bol gecədə Əməkdar incəsənət xadimi Aqil Məlikov, yazıçı Mustafa Çəmənli çıxış edərək xanəndənin yaradıcılığı ilə bağlı fikirlərini bölüşdülər. Vaxtilə yaşadığı binanın qarşısında(Bakının memarlıq abidələrindən biri olan 1873-cü ildə memar Pavel Şternbrqin layihəsi əsasında tikilmiş hazırkı Dövlət Neft Şirkəti) inşa edilmiş Muğam Mərkəzində düz 100 illik fasilədən sonra xanəndə-milyonçunun yenidən səslənən ifaları simvolik xarakter daşıyırdı.

Gecənin maraqlı anlarından biri də xanəndəyə məxsus qavalın 100 illik fasilədən sonra səhnəyə gəlməsi idi. Azərbaycan Milli Tarix Muzeyinin fondunda qorunan qaval 1970-ci illərdə muzeyə verilib. Bu qaval ilk dəfə idi ki, musiqi ictimaiyyətinə təqdim olunurdu. Qavalın üzərində yazıda məlum olur ki, Seyid Mirbabayev onu 1920-ci ildə , yəni mühacirət etdiyi ildə Mirzə Fərəcin oğlu İsmayıla hədiyyə edib. Tədbirin sonunda Seyid Mirbabayevin qardaşı nəvəsi Azərbaycan Musiqi Akademiyasının dosenti Kəmalə Mirbabayeva çıxış edərək tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirdi. Vurğuladı ki, Seyid Mirababayev haqqında Beynəlxalq Muğam Mərkəzi tərəfindən ilk dəfə aparılan araşdırmalar bir çox mətləblərə aydınlıq gətirdi. Hə

Gecədə Əməkdar incəsənət xadimi Aqil Məlikov, gənc xanəndələr, Muğam Televiziya Müsabiqəsinin qalibləri Almaxanım Əhmədli, Murad Rüstəmzadə, Xəyal Hüseynov, Rəvan Qaçayevin ifaları təqdim edildi. Xanəndələri tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə “Buta” ansamblı müşayiət edirdi.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: