Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Fondda Qırğızıstandan gələn qonaqlarla görüşüb

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəvəti ilə Bakıya səfər edən tanınmış diplomat, görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun oğlu səfir Askar Aytmatov, Qırğızıstanın tanınmış jurnalisti, ASSOL İctimai Fondunun rəhbəri Assol Moldokmatova,xalq artisti, rejissor Talantbek Apyev və digər qonaqlarFondu ziyarət edib.

Görüş zamanı Günay Əfəndiyeva rəhbərlik etdiyi Fond barədə söz açaraq, həyata keçirilən layihələrin Türk dünyasının zəngin tarix və irsinin araşdırılması və türkdilli xalqlar arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb. O, həmçinin Fond tərəfindən türkilli xalqların mədəni irsinin tanıdılması istiqamətində aparılan fəaliyyət barədə geniş məlumat verib. O, Çingiz Aytmatovun ümumbəşəri yazıçı olduğunu qeyd edərək, türk dünyasının dəyərli sərvəti olduğunu deyib və dünyada təbliğinin əhəmiyyətindən söz açıb. G.Əfəndiyeva dahi yazıçının Azərbaycanda çox sevildiyini, 2008-ci ildə onun 80 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan və Qırğız respublikaları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edildiyindən danışıb.

A.Aytmatov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviqi, bütövlükdə türk dünyasının birliyi istiqamətində fəaliyyətini yüksək qiymətləndirib,Ç.Aytmatov irsinin türk dünyası ilə yanaşı bütün dünyada təbliği istiqamətində gördüyü işlərə görə öz təşəkkürlərini bildirib. O, həmçinin Ç.Aytmatovun Azəbaycanı çox sevdiyini, ümumiyyətlə türk dünyasına bağlı olduğunu vurğulayaraq, özünün də bir neçə dəfə Bakıya səfər etdiyini və qısa müddət ərzində Azərbaycanın türk dünyasının lider ölkələrindən birinə çevrildiyini qeyd edib.

A.Moldokmatova Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlığından çox məmnun qaldığını qeyd edərək, gələcəkdə də birgə fəaliyyətə dairinamını dilə gətirib. Böyük yazıçı Ç.Aytmatovun 90 illik yubileyinin Bakıda təntənəli şəkildə qeyd olunmasının türk dünyası ölkələri, eyni zamanda Azərbaycan və Qırğızıstan arasındakı münasibətlərin yüksək səviyədə olduğunu bir dahanümayişetdirdiyini söyləyib.

Xatırladaq ki, 19 oktyabr 2018-ci il tarixində, Səməd Vurğun adına Azərbaycan Dövlər Rus Dram Teartırında  Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin dəstəyi iləÇ.Aytmatovun 90 illik yubileyi qeyd olunub və qırğız aktyorları tərəfindən yazıçının eyniadlı əsəri əsasında hazırlanmış “Cəmilə” tamaşası göstərilib.

Frame.az

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: