Beyninizin daha yaxşı işləməyi üçün qızıl qaydalar

Gərgin iş həyatı, stress, əsəb – bütün bunlar insanı yorur. Beyninizi bu cür şeylərdən qorumaq və daha da yaxşı işləməyi üçün sizə bəzi məsləhətlərimiz olacaq.

Musiqi dinləmək – musiqi dinləmək çox gözəldir, lakin, onu hər hansı bir musiqi alətində ifa etməyə çalışmaq beynin yaxşı işləməyinə kömək edir.

Film izləmək – film izləmək yaxşıdır, ancaq bundan əlavə onun kitab variantını oxumaq sizi daha da ağıllı edəcək.

İdmanla məşqul olmaq – idmanla məşqul olmaq sağlamlığa xeyirdir. Siz yaya 2 ay qalmış idmanla məşqul olub heç bir nəticə görə bilmirsiniz və bu da sizi həvəsdən salır. Ən yaxşısı bütün il boyu az-az məşqul olun və nəticə daha yaxşı olacaq.

Xarici dil öyrənmək – Beynin inkişafı üçün hər hansı bir xarici dili öyrənmək yaxşıdır. Lakin bir dilin üzərində durmaq əvəzinə bir neçə dili öyrənmək daha yaxşıdır.

Öyrəndiklərinizi təkrarlayın – Hər hansı bir dili öyrəndikdə, və ya hansısa fənni öyrəndikdə özünüzü çox yükləməyin. Beyninizə istirahət verin və oxuduqlarınızı təkrar edin.

Oyun oynamaq – Söhbət komputer oyunlarından getmir. Oyun oynayarkən öyrədici və inkişaf etdirici oyunlar oynamağa çalışın.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: