“Bonaqua” Oyunların su təminatçısı seçilmişdir

Aprelin 18-i Bakı 2017 İslam Həmrəyliyi Oyunları “Bonaqua”nın Oyunların rəsmi su təminatçısı kimi seçildiyini elan etdi.

  “Bonaqua” içməli suyu dünyanın ən iri sərinləşdirici içki istehsalçısı olan “Coca-Cola” şirkətinin 500 brendindən biri olmaqla “Azerbaijan Coca-Cola Bottlers” tərəfindən istehsal edilir. “Bonaqua” suyu Azərbaycanda qida sənayesində mövcud qanunvericiliyin tələblərinə tam uyğun olmaqla yanaşı, bütün beynəlxalq keyfiyyət standartlarına, o cümlədən “Coca-Cola” şirkətinin daha yüksək tələb və normalarına cavab verir.

Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov “BonAqua”nın Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi su təminatçısı kimi seçildiyindən məmnun  olduğunu söyləyib. Elçin Səfərov: “BonAqua şirkətinin uzun illər boyunca beynəlxalq idman tədbirlərinə dəstək verməsi faktını nəzərə alsaq, IV İslam Həmrəyliyi oyunlarında da şirkətin su brendini seçməyimiz heç də təsadüfi deyil.

Oyunların uğurla keçirilməsində bütün rəsmi tərəfdaş və dəstəkçilərə dərin təşəkkürümüzü bildiririk və birgə əməkdaşlıq sayəsində bütün İslam dünyasının diqqətini Oyunlara cəlb edə biləcəyimizə əminəm”.

Yeri gəlmişkən, “Coca-Cola” şirkəti alkoqolsuz içkilər üzrə dünyanın aparıcı istehsalçısı və distribyutorudur. Şirkətin içkiləri 200-dən artıq ölkədə 1.9 milyard müştəri tərəfindən gündəlik olaraq istehlak edilir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: