Brüsseldə keçirilən Avropa Hemofiliya Konsorsiumunun illik Konfransı uğurla başa catıb

5-7 oktyabr 2018 il tarixdə Belçikanın Brüssel şəhərində keçirilən Avropa Hemofiliya Konsorsiumunun illik Konfransı uğurla başa catdı. Azərbaycan Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası ilə Avropa Hemofiliya Konsorsiumunun birgə kecirdiyi Beynəlxalq 31-ci İllik Konfrans, iştirakçıların sayına görə bu dəfə rekord həddinə çatmışdır.

Avropa Hemofiliya Konsorsiumunun İllik Konfransının məqsədi, müalicə məsələlərini, həyat keyfiyyətinin yaxşılaşdırılmasını müzakirə etmək üçün 45 ölkədən olan Milli Uzv Təşkilatları, digər pasient təşkilatları, Avropan Birliyinin vəzifəli şəxsləri, hemofiliya sahəsində çalışan həkimlər, fizioterapevtlər və digər tibb işçilərini, eləcə də istehsalçı dərman şirkətlərini bir araya gətirməkdi, hemofiliya və digər nadir irsi koagulopatiya xəstəliklərinin müalicəsi üçün yeni dərman preparatları haqqında, və bu sahədə müvəffəqiyyətli iş və inkişaf təcrübəsi paylaşmaqdır.

Konfransın proqramı aparıcı mütəxəssislərin təqdimatı, yeni müalicələrin müzakirəsi, istehsalçı şirkətlərin təşkil etdiyi simpozium, sessiyalar və bir çox digər maraqlı hadisələrdir. Qeyd edək ki, elmin nailiyyətləri hemofiliyanın müalicəsində və hemofiliyalı pasientlərin tam sağalmasına cavab verir. Bununla bağlı Konfransda yeni dərman preparatları və qen terapiyası haqqında geniş məlumat verilmişdir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: