Bu həlledici günlərdə Azercell də ön cəbhəyə dəstək olur

Şirkət Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait köçürüb

Sentyabrın 27-dən etibarən Milli Ordu hissələrimiz 30 ildən artıq hər bir azərbaycanlının sağalmaz yarasına çevrilmiş Qarabağ münaqişəsinin ön cəbhələrinə qəhrəmancasına atılaraq düşmən mövqelərini məhv edir. Ordumuz bütün cəbhəboyu əks-hücum əməliyyatına başlayaraq bir sıra strateji nöqtələrdə həlledici uğurlar qazanıb.

Ölkəmizin tarixində və taleyində həlledici olan bu döyüş günlərində ölkənin lider mobil operatoru “Azercell Telekom” da Milli Ordumuza öz dəstəyini əsirgəmir. Şirkət tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat həcmində vəsait köçürülüb.

Vətənimizə və ordumuza həmrəylik ifadəsi olaraq “Azercell Telekom”un Tbilisi prospektində yerləşən baş qərargahı “Azercell Plaza”nın üzərində üçrəngli bayrağımız asılıb. Eyni zamanda, şirkət tərəfindən bütün əməkdaşlara avtomobil üzərinə quraşdırılan Azərbaycan bayraqları da paylanılıb.

“Azercell” həyata keçirdiyi təşəbbüslərlə ordumuzun, xalqımızın və dövlətimizin yanında olduğunu ifadə edir. Şirkət bundan sonra da bu istiqamətdəki səylərini davam etdirəcək, vətənimizin bütövlüyü uğrunda ön və arxa cəbhədə mübarizə aparan bütün soydaşlarımıza yardım göstərəcək.

Qarabağ Azərbaycandır!

Daha ətraflı məlumat üçün “news@mcs.az” ünvanına müraciət edə bilərsiniz.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: