Bakıda ikinci Beynəlxalq çay festivalı keçirilib

Bakıda ikinci Beynəlxalq çay festivalı keçirilib.

Oktyabrın 20-də Bakıda Beynəlxalq Kulinariya Günü münasibətilə Sheraton Otelində Ikinci Beynəlxalq çay festivalı keçirilib. Tədbirdən öncə tədbir iştirakçıları Fəxri xiyabana gələrək ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Festivalda Hindistan, Çin, Yaponiya, Özbəkistan, Türkiyə və Rusiya şirkətlərinin çay məhsulları sərgilənib. Festivalda Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər tərəfindən hər ölkənin ənənələrinə uyğun çay süfrəsi nümayiş olunub.

Tədbirdə iştirak edən qonaqlara Azərbaycan istehsalı olan zəfəranlı çay təqdim olunub. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dövlət orqanları, sahibkarlar və nümayəndəliklərlə iş şöbəsinin baş mütəxəssisi Fərhad Osmanov tədbirdə çıxış edərək Azərbaycan Milli Kulinariya Assosiasiyasına gələcək işlərində uğurlar arzu edib.

Tədbirdə, həmçinin ictimai, siyasi xadimlər, nazirliklərin və dövlət qurumlarının nümayəndələri, diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: