“CinemaPlus” kinoteatrında “Respublika Günü” festivalı keçirilib

Respublika günü – Azərbaycanda hər il mayın 28-də qeyd olunan milli bayramdı. Bu bayram Azərbaycan xalqının tarixində ən parlaq səhifələrindən biridir və bununla əlaqədar “CinemaPlus” premium kinoteatrlar şəbəkəsi festival təşkil edib.

Milli geyimdə iştirak edən zərb alətləri ifaçıları “CinemaPlus” kinoteatrlar şəbəkəsinin işçiləri ilə birlikdə milli musiqi ifalarının müşayiəti altında kinoteatrın foyesi və 28 Mall ticarət mərkəzində yürüş edərək, xeyli rəqs ediblər. Festival həmçinin Bakı şəhərinin mərkəzi yerləri üzrə davam etdirilib və “Cinemaplus Azerbaijan” kinoteatrında başa çatmışdır.

Yürüşə qoşulan insanlar isə böyük həvəslə iştirak edərək, çoxlu sayda yadda qalası şəkillər selfilər çəkdiriblər.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: