“Coca-Cola” şirkəti “Caspian Ecology 2018” sərgisində iştirak edib

“Coca-Cola” şirkəti 14-16 noyabr tarixlərində “Bakı Expo Mərkəzi”ndə keçirilən IX Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2018” sərgisində iştirak edib. “Coca-Cola”nınsərgidə təşkil etdiyi stenddə şirkətin istehsal prosesində tətbiq etdiyi beynəlxalq ekoloji standartlar və ölkədə dəstəklədiyi mühüm ekoloji layihələr əks olunub.

Sərginin açılış mərasimində iştirak etmiş Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və digər qonaqlar “Coca-Cola”stendini ziyarət edib, şirkətin müasir istehsal prosesi, beynəlxalq ekoloji standartlar sahəsində nailiyyətləriilə tanış olublar.“Coca-Cola” şirkətinin ölkənin ekoloji inkişafı və ətraf mühitin qorunması üçün həyata keçirdiyi layihələr dövlət rəsmilərinin marağına səbəb olub.

«“Coca-Cola” şirkətinin qlobal ekoloji dayanıqlılıq siyasətinə əsasən, dünyanın200-dən çox ölkəsində fəaliyyət göstərən 900 zavodunda istehsal prosesləri qabaqcıl ekoloji təcrübə və beynəlxalq ekoloji standartlar əsasında təşkil edilib. Bu siyasətə əsasən, “Coca-Cola” məhsullarının istehsalı zamanı su və enerji resurslarının istifadəsində müasir innovativ həllər tətbiq edilir ki, bu da öz növbəsində resursların daha səmərəli istifadəsi ilə nəticələnir. “Coca-Cola”nın Azərbaycandakı istehsalında isə bu istiqamətdə artıq ciddi nailiyyətlər əldə edilib. Belə ki, məhsulların istehsalı üçün istehlak edilən enerji son illərdə 45%-dək endirilib, 1litr son məhsulun istehsalına sərf edilən suyun həcmi isə1,6 litrə qədərazaldılıb, bu göstərici şirkətin qlobal standart tələblərindəndə yüksək nəticə hesab edilir», – deyə “Coca-Cola” şirkətinin Qafqaz üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya meneceri Elşad Fərzəliyev bildirib.

“Coca-Cola” nümayəndəsi onu da qeyd edib ki,zavodda məhsul istehsalı prosesində yaranan texniki sular 2015-ci ildə istifadəyə verilən və quraşdırılmasına 2 mln. ABŞ dolları məbləğində investisiya yatırılmış müasir təmizləmə sistemindən keçirilərək tam təhslükəsizformadazavoddanxaric edilir.

Bundan başqa, stenddə təqdim edilən digər ekoloji layihələrdən biri “Coca-Cola” Fondu, ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə həyata keçirdiyi “Ağac əkək, təbiətə töhfə verək” layihəsidir. Layihə çərçivəsində Ələt, Siyəzən, Şıxov və Pirəkəşkül də daxil olmaqla 55 hektara yaxın boş ərazidə bu günədək 50 minə yaxınçinar, zeytun və şam ağaclarınınəkilməsi nümayiş etdirilib. Qeyd olunub ki, bütün ağaclardamlasuvarma sistemi ilə təchiz edilib, bu da ağaclarındayanıqlılığını təmin edir.Layihənin icrasına başlamazdan əvvəl bu ərazilərin əksər hissəsi yarımsəhralıq olub. Hazırkı vəziyyətdə isə böyümüş şam və zeytun ağacları atmosferioksigenləzənginləşdirir, bütövlükdəekosistemin inkişafına öz faydasını verir. Digər layihə ardıcıl olaraq son 9 il ərzində keçirilən “Xəzəri qoruyaq” şüarı altında “Coca-Cola” və tərəfdaş şirkətlərin sahilyanı ərazilərdə təmizlik aksiyasıdır ki, bu aksiyalar çərçivəsində Xəzər dənizinin çimərliklərinin 40 hektara yaxın ərazisindən 32 ton məişət tullantısıyığılıb.

“Caspian Ecology 2018” sərgisində şirkətin stendi həm dizayn tərtibatı, həm də müasir texnologiyaların istifadəsi ilə ziayarətçilərin xüsusi marağına səbəb olub.Belə ki, 650-ə yaxınziyarətçi virtual reallıqeynəkləri ilə Sulutəpəqəsəbəsində yerləşən “Coca-Cola” zavodu və oradakıistehsal prosesi ilə əyani şəkildə tanış olub.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: