Çövkən Milli Atüstü oyunu üzrə “100 illik Yubiley Kuboku” turnirinin yarımfinal oyunu keçirilib

7 iyun 2018-ci il tarixdə Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təçkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr  olunmuş Milli Atçılıq Festivalı çərçivəsində Bakı Dövlət Cıdır meydanında  Çövkən Milli Atüstü oyunu üzrə “100 illik Yubiley Kuboku”  turnirinin yarımfinal oyunu keçirilib. Yarımfinal oyununda Sərhədçi, Omar, Buta Golden və Polad Çövkən komandaları final üçün mübarizə aparıblar.

Saat 11:00-da Omar Çövkən Komandası Polad ilə üz-üzə gəlib. Komandalar arasında gərgin gedən mübarizə Omar komandasının xeyrinə 2-1 hesabı ilə başa çatıb. Qeyd edək ki, Polad komandasının kapitanı Vüqar Seyidov oyun zamanı qırmızı kart alaraq oyundan kənarlaşdırılmış və komanda 4 idmançıyla oyununa davam etmişdir.

 Günün ikinci görüşündə isə Sərhədçi Buta Golden Çövkən Komandasını qəbul edib. Komandalar arasında gedən həyəcan dolu mübarizənin qalibi 5-2 hesabı ilə Sərhədçi komandası olub.

Beləliklə, 9 iyun 2018-ci il tarixdə keçiriləcək final oyununda üçüncülük uğrunda mübarizədə Polad komandası Buta Golden komandasıyla  qarşı-qarşıya gələcək. Sərhədçi və Omar komandaları isə finalda “100 illik Yubiley kuboku”  uğrunda mübarizə aparacaqlar.

 Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: