“Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi” Qurban bayramı münasibəti ilə tədbir təşkil edir

Artıq 5 ildən çoxdur ki, fəaliyyət göstərən “Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi” valideynlər və uşaqlar, onların ünsiyyətinin təkminləşməsi, sosiallaşması, ətrafının genişlənməsi, biliklərinin paylanması, müxtəlif təklifləri dəyərləndirməyə xidmət göstərir və daima sizləri sevindirməyə davam edir.

“Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi” 2016-2017 – ci il yeni tədris ilinin başlaması, həm də Müqəddəs Qurban bayramı münasibəti ilə tədbir təşkil edir . Sentyabr ayının 13 – ü saat 13 : 00 – da baş tutacaq tədbirdə Dəcəl Balam kollektivi, deputatlar, QHT rəhbərləri, şou biznesin tanınmış simaları iştirak edəcək. Həmçinin Türkiyənin peşəkar sənət ustası, Kurtlar Vadisi serialının İzzet Ağası Erol Tezeren tədbirimizin qonağı olacaq. Tədbirdə şou biznesin nümayəndələri ilə yanaşı, uşaqların ifasında mahnılar, şeirlər, səhnəciklər səsləndiriləcək, müxtəlif əyləncəli oyunlar təşkil ediləcək, bir neçə yeni layihələrin təqdimatı keçiriləcək. Bayram münasibəti ilə qurban kəsilib, ehtiyacı olan ailələrə paylanacaq.

Tədbirə bütün media nümayəndələri dəvətlidir.

Ünvan : 8-ci mkr, Cəfər Xəndan küçəsi 12a , Kuba Səfirliyinin yanı
Əlaqə : 012 569 14 70 , 055 499 14 63 (whatsapp)

Frame.az

1473533303_13413572_10154325111098854_1031369359022876669_n

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: