“Dəmirin Yolu” Suraxanıda

Suraxanı rayonu, şəhid Dilavər Məmmədzadə adına 232 saylı tam orta məktəbdə ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin istehsalı olan “Dəmirin Yolu” sənədli filminin nümayişi keçirilib. 21 dəqiqəlik ekran əsəri Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dəmir yolu ilə bağlı məqamlarından bəhs edir. Filmin nümayişindən sonra  məktəbin direktoru Məhluqə Əzizova qonaqları salamlayıb, filmin yaradıcı heyətinə öz təşəkkürünü bildirib. Filmin ssenari müəllifi və rejissoru Kamran Qasımov, ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin icraçı prodüseri Nicat Məmmədov, Suraxanı rayonu Yeni Azərbaycan Partiyası Təşkilatının aparat rəhbəri Fərman Rəsulov, Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin əməkdaşı Zəkiyyə Hacıyeva,  Suraxanı Rayonu İcra hakimiyyətinin rəsmisi Orxan Hacıyev və digər qonaqlar çıxış ediblər.

Tədbirin sonunda “Dəmirin Yolu” sənədli filminin rejissoru və ssenari müəllifi Kamran Qasımov və “AranFilm” Yaradıcılıq Mərkəzinə Məktəbin adından Fəxri Fərmanlar təqdim edilib. Həmçinin “Əbədi Yaşa Lider” inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: