“Dərs Evi”-nin şagirdləri “AFB Bank”-ın qonağı oldu

“AFB Bank”-da“Yaay!” proqramı çərçivəsində “Dərs Evi” tədris mərkəzinin şagirdləri ilə görüş təşkil edilib.

Məktəblilərə peşə seçimində dəstək göstərmək məqsədi daşıyan proqramda iştirak edən 9-10-11-ci sinif şagirdləri “AFB Bank”-ın Baş ofisində Bankın əməliyyat, Müştəri xidmətləri bölmələrininvə Korporativ müştərilərlə iş şöbəsinin fəaliyyəti ilə yaxından tanış olublar.

Həmçinin Bankın Korporativ Bankçılıq Strukturunun direktoru Şakir Qurbanov şagirdlərlə görüşərək korporativ müştərilərə göstərilən xidmətlərvə bu xidmətləri həyata keçirən işçilərin əmək fəaliyyəti barədə onları maraqlandıran sualları cavablandırıb.

Ölkənin ən dinamik inkişaf edən banklarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Hazırda bank 11 filial və 5 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir.Bu xidmətləri barədə daha ətraflı www.afb.az saytından, 1545zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindənəldə edə bilərsiniz.

Frame.az

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: