DİABETLƏ MÜBARİZƏ SAHƏSİNDƏ “AZERBAIJAN CHANGING DIABETES AWARDS” MÜKAFATINA MÜRACİƏTİN MÜDDƏTİ UZADILDI

Artıq xəbər verildiyi kimi, Heydər Əliyev Fondunun və “Novo Nordisk” şirkətinin birgə təşəbbüsü ilə diabetlə mübarizə sahəsində ölkəmizdə “Azerbaijan Changing Diabetes Awards” layihəsi həyata keçirilir. Layihə çərçivəsində  4 nominasiya üzrə mükafatlar təqdim olunacaq.

Mövzunun ictimai əhəmiyyətini və çoxsaylı müraciətləri nəzərə alaraq təşkilatçılar bütün nominasiyalar üzrə müraciətlərin təqdim olunma müddətini noyabrın 14-ü, 2017-ci il tarixinə qədər uzadıb. Namizədlər müraciətlərini mövzu hissəsinə hansı kateqoriyaya müraciət etdiklərini yazaraq acda2017@novonordisk.com email ünvanına göndərə bilərlər. Bu zaman namizədlərdən tərcümeyi-hal, özləri haqında ətraflı məlumat və nominasiyaya uyğun sənədləri müraciətə əlavə etmələri xahiş olunur.

Qeyd edək ki, hər nominasiya üzrə qaliblər aşağıda göstərilən meyarlar üzrə müəyyənləşdiriləcək.

İlin ən yaxşı gənc tədqiqatçısı (Best young researcher of the year)

Bu nominasiyada şəkərli diabet üzrə elmi araşdırma və məqalə müəllifləri, elmi konfrans və seminarların fəal iştirakçısı olan, Beynəlxalq Diabet Federasiyasının tədbirlərində iştirak edən gənc tədqiqatçılara üstünlük veriləcək.

İlin ən yaxşı həkimi (Best doctor of the year)

Şəkərli diabetin müalicəsində innovativ metodlardan istifadə edən, elmi konfrans və seminarların fəal iştirakçısı olan, müasir protokollara əsasən pasiyentərini müalicənin erkən mərhələsində insulinə keçirtməyə təşəbbüs göstərən, HbA1c göstəricisi ciddi nəzarət altında saxlanılan pasiyentləri olan həkimlərə üstünlük veriləcək.

İlin ən yaxşı jurnalisti (Best journalist of the year)

Şəkərli diabet xəstəliyi ilə mübarizəyə dair, o cümlədən şəkərli diabet haqqında maarifləndirici yazı müəllifləri, şəkərli diabetlə bağlı tədbirlərdə iştirak edən jurnalistlər müraciət edə bilərlər. Şəkərli diabetli pasiyentlərin həyat tərzinin yaxşılaşdırlımasına yönəlmiş, həmçinin şəkərli diabetin müalicəsinin xərclərinə və onların optimallaşdırılmasına həsr olunmuş məqalə müəlliflərinə üstünlük veriləcək.

İlin ən yaxşı təlimçisi (Best educator of the year)

Bu nominasiya üzrə şəkərli diabeti olan pasiyentlərə diabet haqqında keyfiyyətli təlim keçən şəxslər mükafatlandırılacaq.

Mükafatın sahiblərini maraqlı hədiyyələr gözləyir.

Frame.az

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: