“Diananın dəb tarixi” adlı sərgi açılıb

Londonun Kensiqton sarayında şahzadə Diananın vəfatının 20 illiyinə həsr olunmuş sərgi açılıb. Sərgi “Diana və onun dəb tarixi” adlanır.

Sərginin kuratoru Elleri Linnin sözlərinə görə şahzadənin geyimlərinə baxarkən onun ildən ilə özünə daha da əmin olması nəzərə çarpır.

Təqdim olunan geyimlərin arasında Bryus Oldfild və Ketrin Uokerdən məşhur gecə libasları, şahzadənin 1985-ci ildə Ağ Evdə aktyor Jon Travolta ilə rəqs edərkən geyindiyi Atelier Versace-dən məşhur qara libas, həmçinin şahzadənin Harper’s Bazaar jurnalı üçün çəkdirdiyi şəkillərdə geyindiyi libaslar mühüm yer tutur.

Həmçinin bu il şahzadənin yaşadığı sarayın baxçasında ağ güllərdən ibarət geniş baxçanın salınması da nəzərdə tutulub.

Sərgini 24 fevraldan Londonda Kensiqton sarayında ziyarət etmək olar. Nümayışın gözəllik sponsoru məşhur Estée Lauder Companies Inc şirkətidir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: