Dünya çempionu: “İdmançılar Ali Baş Komandanın əsgərləridir” – FOTO

Ötən gün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin idman kompleksində Beynəlxalq Əlbəyaxa Döyüş Növlərinin Azərbaycan Əlbəyaxa Döyüş Nümayəndəliyinin “Narkomaniyaya qarşı yox!” şüarı altında Respublika çempionatı keçirilib.
Yarışın təşkilatçısı ƏDN-nin prezidenti, 5 qat Dünya çempionu Səməd İbrahimov “Narkomaniyaya qarşı yox!” şüarı altında keçirilən çempionatıyla bağlı açıqlama verərək bildirib ki, hər bir insanın sağlam həyat yaşamaq hüququ var:
“Sağlamlıq hər bir insan üçün vacib amildir. Həyatın mənası insanın sağlam düşüncəsindən asılıdır. Bu mənada narkomaniyaya qarşı çıxmalıyıq və bundan əziyyət çəkən insanlara dəstək olmalıyıq. Xüsusilə gənclər pis vərdişlərdən uzaq olmalıdırlar ki, gələcək nəsil sağlam vətənpərvər olsun. Bugünkü yarış da bu məqsədlə təşkil olunub. Yarış 2 idman növü – karate və əlbayaxa döyüş növü üzrə keçirilib. Yarışda 120 idmançı mübarizə aparıb.”
S.İbrahimov qeyd edib ki, yarışın aparıcısı və fəxri qonaqlarından biri Azər Axşam olub. Həmçinin yarışda digər fəxri qonaqlar Nərimanov Rayon Mühafizə İdarəsinin rəisi polis polkovniki cənab Şakir Quliyev və rəis müavini Səlim Salmanlı, Yasamal Rayon Gənclər İdman İdarəsinin rəisi cənab İlham Səfərov, Səbail Rayon NMİ-nin rəisi polis baş leytnantı İrfan Gərayzadə, Baş Mühafizə İdarəsinin polis əməkdaşı leytnant cənab Tural Həsənov, tanınmış jurnalist Fuad Mədətov, o cümlədən sevilən müğənni Elxan Şirinov, gənc ifaçılar Murad Mehrəliyev, Əzizi Elşad, Birgül Ağdamlı və Əli Abdullayev iştirak ediblər.
S.İbrahimov söyləyib ki, yarışın yekununda tələbələri Elvin Qarayev 84 kq-da 20-25 yaşlarda, 2 qat dünya çempionu Əli İsgəndərov 85 kq-da 20-25 yaşlarda, 1 qat dünya çempionu Rəsul Cəfərov 90 kq-da 19 yaşlarda, 2 qat Respublika və Dünya çempionatının mükafatçısı Murad Quliyev 30 kq-da 11 yaşlarda, 2 qat Respublika çempionu Məhəmməd Süleymanlı 25 kq-da 8 yaşlarda qalib olublar.
“Yarışda qalib gələn idmançılar Nümayəndəlik tərəfindən 15-16 iyul tarixində Asiya ölkələri arasında keçiriləcək yarışda iştirak edəcəklər. Yarışda 10 ölkənin idmançıları mübarizə aparacaq.”
Peşəkar idmançı qarşıdakı planlarından da söz açıb. O, deyib ki, qarşıda Yunaninstanda keçiriləcək Avropa Çempionatında ölkəmizi özü ilə yanaşı tələbələri də iştirak edəcək:
“Səməd İbrahimov 70 kq-da 30-35 yaşlarda, Əli İsgəndərov 85 kq-da 20-25 yaşlarda, 30kq 11yaw Murad Quliyev və Məhəmməd Süleymanlı 30 kq-da 8 yaşlarda təmsil edəcəklər.”
Nümayəndəliyin rəhbəri Səməd İbrahimov Azərbaycan idmanın sürətlə inkişafına görə ölkə rəhbəri cənab İlham Əliyevə öz dərin təşəkkürünü bildirib və onu da qeyd edib ki, idmançılar Ali Baş Komandanın əsgərləridir:
“Vətən uğrunda canımızla, qanımızla hər an döyüşə hazırıq! Yarışlarda qalib olub Vətənə qayıtmasında olan dəstəyə görə ölkə rəhbəri cənab İlham Əliyevə, Gənclər və idman naziri cənab Azad Rəhimova, işlədiyi dövlət qurumu Daxili işlər naziri cənab Ramil Usubova, xidmət etdiyi idarə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi cənab Yaşar Əliyev və Nərimanov Rayon Mühafizə İdarəsinin rəisi cənab Şakir Quliyevə öz təşəkkürümü bildirirəm.
Hal-hazırda Nərimanov rayon Mühafizə İdarəsində təlimatçı-məşqçi vəzifəsində çalışıram. Qeyd etmək istəyirəm ki, yarışlarımda və məşqlərimdə rahat şəkildə iştirak etdiyim üçün Nərimanov rayon Mühafizə İdarəsinin rəisi cənab Şakir Quliyev və rəis müavini Səlim Salmanlıya minnətdaram.”
Səməd İbrahimov Nərimanov Rayon Mühafizə İdarəsinin İdman üzrə məşqçisi və inspektoru vəzifəsində çalışır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: