Dünya Çempionatının seçmə oyunlarından təhlil

A qrupu: France – Sweden 2:1 Bulgaria – Belarus 1:0 Luxembourg – Netherlands 1:3

B qrupu: Hungary – Andorra 4:0 Switzerland – Faroe Islands 2:0 Portugal – Latvia 4:1

C QRUPU: Czech Republic – Norway 2:1 N.Ireland – Azerbaijan 4:0 San Marino – Germany 0:8

D QRUPU: Austria – Ireland 0:1 Georgia – Moldova 1:1 Wales – Serbia 1:1

E QRUPU: Armenia – Montenegro 3:2 Denmark – Kazakhstan 4:1 Romania – Poland 0:3

F QRUPU: England – Scotland 3:0 Malta – Slovenia 0:1 Slovakia – Lithuania 4:0

G QRUPU: Albania – Israel 0:3 Liechtenstein – Italy 0:4 Spain – Macedonia 4:0

H QRUPU: Cyprus – Gibraltar 3:1 Belgium – Estonia 8:1 Greece – Bosnia-Herzegovina 1:1

İ QRUPU: Croatia – Iceland 2:0 Turkey – Kosovo 2:0 Ukraine – Finland 1:0

TƏHLİL: A qrupunun əsas favoriti hesab olunan Fransa milli komandası çətinliklə də olsa öz meydanında İsveç millisinə 2:1 hesabı ilə qalib gəldi. Bolqarısatan yığması Popov’un 10-cu dəqiqədə başla vurduğu yeganə qol sayəsində Belarus millisinə 1:0 hesabı ilə qalib gəməyi bacardı. Hollandiya millisi isə gözlənildiyi kimi Lüksemburq səfərindən 3 xalla qayıtdı.

B qrupunun lideri İsveçrə yığma komandası öz meydanında Farer Adaları millisini 2:0 hesabı ilə məğlub etdi. Son Avropa Çempionu Portuqaliya millisi öz meydanında çətinlik çəkmədən Latviya’ya 4:1 hesabı ilə qalib gəldi. Macarıstan millisi Andorra’dan güclü oldu 4:0.

C qrupunda Almaniya millisi səfərdə San-Marino yığma komandasını top atəşinə tutdu 8:0. Şimali İrlandiya millisi ilə səfərdə qarşılaşan yığma komandamız 4:0 hesabı ilə ağır məğlubiyyətə uğrayıb. Çexiya-Norveç matçında ev sahibi komanda güclü olub 2:1.

D qrupunda keçirilən oyunlarda İrlandiya səfərdə minimal hesabla Avstriya’nı məğlub edib. Gürcüstan-Moldova və Uels-Serbiya matçlarında qalib müəyyənləşməyib. Hər iki oyun 1:1 hesabı ilə başa çatıb.

E qrupunda keçirilən oyunlar məhsuldar alınıb. Danimarka Qazaxıstan’a 4:1 qalib gəlib. Lewandowski’nin dubl etdiyi matçda Polşa səfərdə Rumıniya’dan güclü olub 0:3.

F qrupunda mübarizə aparan İngiltərə millisi evinsə Şotlandiya’ya 3:0 hesabı ilə qalib gəlib. Slovakiya millisi evində Litva millisini ağır məğlubiyyətə uğradıb 4:0. Sloveniya millisi səfərdə Malta’nı minimal hesabla məğlub edib.

G qrupunda yer alan İspaniya yığması evində çətinlik çəkmədən Makedoniya’ya qalib gəlib 4:0. İtaliya səfərdə eyni hesabla Lixtenşteyn yığmasına qalib gəlib.

H qrupunun ən məhsuldar qarşılaşması Belçika’da qeydə alınıb. 8:1 hesabı ilə qələbə qazanan Belçika millisi 4 oyundan sonra maksimum xal toplayaraq qrup lideridir. Bosniya millsi son dəqiqələrdə buraxdıqları qol nəticəsində Yunanıstan səfərindən cəmi 1 xalla qayıtdı.

İ qrupunda yer alan Türkiyə millisi öz meydanında Burak Yılmaz və Volkan Şen’in qolları sayəsində Kosova’ya qalib gəldi. Ukrayna millisi evində Finalandiya yığma komandasını 1:0 hesabı ilə məğlub etdi. Xorvatiya millisi isə İslandiya millisini Brozoviç’in dublu sayəsində qalib gəldi.

( PƏRVİN BAYRAMOV )

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: