“Most Fashionable Awards 2017”-nin mükafatlandırma mərasiminin tarixi bəlli oldu

Paytaxtımızda çoxdandır gözlənilən  “Most Fashionable Awards” 2017-nin qala gecəsi baş tutacaq.

Layihənin Azərbaycan üzrə rəhbəri Aqil Məmiyevin məlumatına görə, İyunun 18-i saat 18:00-da “JW Marriott Absheron” otelində start götürəcək tədbirdə qonaqlar tədbirin açılışında, möhtəşəm moda şousunun şahidi olacaqlar. Bununla yanaşı gecənin qonaqlarını estradamızın məşhur ulduzlarının ifası və zəngin şou-proqramlar da gözləyir.

Beynəlxalq layihədə yerli ulduzlarımız – müğənnilər, aktyorlar, ictimai xadimlər, rejissorlar, stilistlər, modelyer-dizaynerler, media işçiləri, modellər, idmançılar və digər sahələrin tanınmış simaları mükafatlandırılacaqlar. Gecədə ölkənin əsas DJ-lərindən olan “DJ CHİNA” çıxış edəcək.

Qaliblər bu il göstərilən fəaliyyət və ötən ilki uğurlu çıxışlara görə mükafat və sertifikatlar ilə təltif olunacaqlar.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: