Muğam Mərkəzində musiqi festivalı keçiriləcək

Aprelin 15-də və 16-da Beynəlxalq Muğam Mərkəzində ”OSEP 2019” layihəsi çərçivəsində Bülbül adına  Orta İxtisas Musiqi Məktəbi həyata keçirdiyi “Şərqlə-Qərbin körpüsündə” adlı musiqi festivalının tədbirləri keçiriləcək.

”OSEP 2019” layihəsi çərçivəsində keçirilən “Şərqlə-Qərbin körpüsündə” adlı Musiqi festivalı aprel ayının 8-də başlayaraq 17-nə kimi davam edəcək.

Festivalda  Xalq Çalğı Alətləri, Fortepiano və  Orkestr şöbəsi, “Tutti” Kamera Orkestri,  Azərbaycan Dövlət Gənclər və Simfonik Orkestri, Bülbül  adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərindən ibarət xorunun ifasında Azərbaycan Muğam sənətinin inciləri və “Barokko” dövrünün əsərlərinin  səsləndirilməsi nəzərdə tutulub.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: