“Fotolimp”foto-müsabiqəsinin yekun sərgisi keçiriləcəkdir

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Fotolimp” adlı foto-müsabiqənin yekun sərgisi keçiriləcək.

Sərgi 17 dekabr tarixində, saat 14:00-da Suraxanı rayonu Gənclər Evi-ndə təşkil olunacaq. Həmin mərasimdə müsabiqə iştirakçılarının ən yaxşı fotolar nümayiş olunacaq və iştirakçılara sertifikat, eləcədə fərqlənən 3 müəllifə hədiyyələr təqdim olunacaq.

Xatırladaq ki, müsabiqədə iştirak etmək üçün bir ay ərzində müxtəlif müəlliflər tərəfindən istənilən mövzuda foto-şəkillər qəbul olunmuş və layihənin qaydalarına uyğun gələn foto-müəlliflər iştirakçı statusu qazanmışlar.

Layihə 14-29 yaş arası peşəkar  və həvəskar fotoqraflar arasında keçirilmişdir. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: