“Gilan Holding” World Cleanup Day hərəkatına qoşulub

21 sentyabr tarixində “World Cleanup Day” hərəkatına qoşulan 157 ölkədə ətraf mühitin tullantılardan təmizlənməsi üzrə müxtəlif tədbirlər təşkil olunur. “Gilan Holding” ekologiyanın qorunması üzrə bu maraqlı təşəbbüsü dəstəkləyərək, “TƏBİƏT ÜÇÜN ƏL-ƏLƏ!” devizi ilə təmizlik aksiyası keçirib.

Aksiya çərçivəsində Holdinqin əməkdaşları Bakı-Sumqayıt şosesinin 5-ci kilometr ərazisində yerləşən meşə massivinin bir hektarayaxınsahəsini müxtəlif növ tullantılardan təmizləyiblər. Toplanmış yarim tona yaxın plastik, şüşə, kağız və digər tullantılar ərazidən xaric olunub.

“Gilan Holding” tərəfindən təmizlik tədbirinin gerçəkləşməsində dəstək göstərən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə xüsusi minnətdarlıq bildirilir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: