“The Globalist” jurnalında Hacı Zeynalabdin Tağıyev haqqında məqalə dərc olunub

Malayziyada ingilis dilində nəşr olunan “The Globalist” jurnalının növbəti buraxılışında “Hacı Zeynalabdin Tağıyev: Azərbaycanın görkəmli tarixi şəxsiyyəti” adlı məqalə dərc olunub.

Məqalənin müəllifi Datin Buşra Naseer Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ölkəmizdə səfərdə olub və bir çox məkanları, o cümlədən Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib.

Muzeyin görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşadığı binada yerləşdiyi qeyd olunan məqalədə H.Z.Tağıyevin həyatı, xeyriyyəçilik fəaliyyəti, azərbaycanlı gəncləri xarici ölkələrə təhsil almağa göndərməsi, Bakıda ilk qızlar məktəbini açması, həmçinin Azərbaycanda neft hasilatının inkişafında gördüyü işlər barədə ətraflı məlumatlar öz əksini tapıb. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: