HƏNDBOL: OĞLANLARIN MÜBARİZƏSİNDƏ XORVATİYA QƏLƏBƏ QAZANDI

XV Avropa Gənclər Olimpiya Festivalında oğlan həndbolçuların mübarizəsinə yekun vurulub.

Bakı İdman Sarayında keçirilən final matçında Xorvatiya və Almaniya komandaları üz-üzə gəliblər. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada qalib cəmi 1 top irəlidə olub – matçı 29:28 öndə tamamlayan xorvatlar son dərəcə çətin qələbə sayəsində “EYOF Bakı 2019”un çempionu adını qazanıblar.

Xatırladaq ki, üçüncülük oyununda Danimarka həndbolçuları Fransa komandasını 28:21 hesabı ilə məğlub etmişdi.

Turnirdə 5-ci yer uğrunda görüşdə Sloveniya yığması İslandiyadan (24:17), 7-ci yer uğrunda görüşdə isə Serbiya komandası Azərbaycan həndbolçularında (35:14) üstün olub.

Bununla da Festivalda daha bir kollektiv növdə – oğlan həndbolçuların yarışında mübarizə başa çatıb.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: