Hemilton qarşıdakı Rusiya Qran-Prisində “Mercedes”in favorit olmayacağını etiraf edib

“Mercedes” komandasının yürüşçüsü Luis Hemilton hesab edir ki, onun komandasını Formula 1 çempionatının qarşıdakı mərhələsinin – Soçidə keçiriləcək Rusiya Qran-Prisinin favoriti adlandırmaq mümkün deyil.

Frame.az xəbər verir ki, yay fasiləsindən sonra hər üç yürüşdə “Ferrari” qalib gəlib: Belçika və İtaliya Qran-prilərində Şarl Lekler ən yaxşı pilot olub, Sinqapurda isə Sebastian Fettel fərqlənib.

“Çempionatda daha elə trass yoxdur ki, biz orada favorit olaq. “Əgər biz “Ferrari”yə qalib gəlmək niyyətindəyiksə, o zaman ideal uik-end keçirməyimiz vacibdir”, – deyə “GrandPX.news” portalı Hemiltonun sözlərindən sitat gətirir.

Britaniyalı “Ferrari”nin Soçi trasının düz uzun hissəsində mühərrikin gücünün üstünlüklərindən istifadə edəcəyindən ehtiyatlanır.

“Bizim əl-qolumuz bağlıdır. Yolun düz hissəsində geri qalmağımızı qısamüddətli perspektivdə aradan qaldırmaq mümkün deyil”, – deyə Luis əlavə edib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: