Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tərəfindən simpozium keçirilib

Noyabrın 19-da Azərbaycan Respublikası Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Maarifləndirmə və profilaktik tədbirlərlə hemofiliyalı xəstələr üçün stomatoloji xidmətin təkmilləşdirilməsi” adlı layihə çərçivəsində Hyatt Regency Otelində “Hemofiliyalı xəstələrin multi distiplinar müalicəsinin təşkilinə dair Simpozium” keçirilib.

HemofiliyalıXəstələrinRespublikaAssosiasiyasının mətbuat katibi Fuad Rəsulun verdiyi məlumata görə,  hemofiliyalı pasiyentin həyat keyfiyyətinin yüksək olması üçün multistiplinar yanaşma böyük əhəmiyyət kəsb edir və təşkil olunan Simpoziumun məqsədi  çoxprofilli həkimlər briqadasının  birgə iş sistemi təkmilləşməsi üçün onları bir araya toplamaqdır.

Bunlar: Laborant, Hematoloq, Transfuzioloq, Ortoped, Fizioterapevt, Stomatoloq, Cərrah, Genetik, Ginekoloq, Tibbbacısı, Pediatr, Hepatoloq, Psixoloq , Rentgenoloq, USM mütəxəssisivəsairdir.

Simpoziumda Respublika Hemofiliya Assosiasiyasının sədri Gülnarə Hüseynova bildiribki, hemofiliyalı xəstənin həyat keyfiyyətinin yüksək olması üçün multidistiplinar yanaşma mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, simpoziumun məqsədi çox profilli həkimlər briqadasının birgə iş sisteminin təkmilləşdiirlməsi üçün onları bir araya toplamaqdır.

Səhiyyə Nazirliyinin baş hemotoloqu Çingiz Əsədov vurğulayıbki, hemofiliya xəstəliyinin qarşısının alınmasına dövlət tərəfindən lazımi diqqət və qayğı göstərilir: “Əvvəllər hemofiliyalı xəstələrin müalicəsi çox çətin idi. Çünki onların müalicəsində yalnız təzə dondurulmuş plazmadan istifadə olunurdu. Plazma isə çox az olduğundan xəstələrə çatmırdı və nəticədə qanaxmalar  onların əlil olmasına, hətta ölümünə səbəb olurdu. Ancaq 2005-ci ildə ölkədə İrsi qanxəstəliyi ilə mübarizəyə dair qanun və bir sıra dövlət proqramları qəbul edilib. Hazırda 3-cü beşillik dövlət proqramı (2016-2020-ci illər üzrə) həyata keçirilir. 2005-ci ildən bu günə kimi olanları müqayisə etsək hemofiliyalı xəstəliyi ilə mübarizə sahəsində inqilabi dəyişiklərin olduğunu görmək olar”.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun hematologiya kafedrasının rəhbəri, dosent Elmira Qədimova hemofiliya xəstəliyi üzrəTədbirlər Proqramının həyata keçirilməsində Elmi–Tədqiqat Hemofiliya Mərkəzinin apardığı işlər barədə simpozium iştirakçılarına ətraflı məlumat verib. Bildirilibki, hemofiliya bütün dünyada, o cümlədən Azərbaycanda geniş yayılmış irsi qan xəstəliyidir. Hemofiliyalı xəstələr mütəmadi olaraq laxtalanma faktorları qəbul etmədikdə dəfələrlə başverən şiddətli qanaxmalar, oynaqlara və yumşaq toxumalara qansızmalar onların uşaq və gənc yaşlarında şikəstliyinə, bəzi hallarda isə ölümün səbəb olur.

Simpoziumda yerli mütəxəssislərlə bərabər Rusiyanın Hematoloji Elmi Mərkəzinin koaqulopatiyalar üzrə elmi-konsultativ şöbənin müdiri Zozulya Nadejda ağır hemofiliyalı xəstələrin və digər qanda laxtalanma patologiyası ilə xəstələrin yeni müalicə metodları haqqında məruzə ilə çıxış edib. Tədbir hemofiliyanın bir sıra problemlərinin həllinə dair mövzuların müzakirəsi ilə davam edib.

Frame.az

15107223_1243268385711989_7709080282133228595_n 15135873_1243268429045318_1002438593405023792_n 15094977_1243268459045315_6236385397107692687_n 15078646_1243268469045314_7209261233843014184_n

 

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: