Məşhur caz ifaçısı Nik West konsert proqramı ilə çıxış edib

Beynəlxalq Muğam Mərkəzində məşhur caz ifaçısı Nik West konsert proqramı ilə çıxış edib.

İyunun 7- də Beynəlxalq Muğam Mərkəzində “Baku Summer Jazz Days” layihəsi çərçivəsində Amerika Birləşmiş Ştatlarının funk bass gitaraçısı və müğənnisi Nik West  öz ansamblı ilə çıxış edib.

Tədbir Mədəniyyət Nazirliyinin dəstəyi və Premier Art Management prodüser agentliyinin təşəbbüsü ilə reallaşıb.

Gecədə Nik West özünəməxsus kompozisiyaları və populyar caz-hitlərini ifa edib.

Amerikalı funk bassçı Nik West 26 yanvar 1989-cu ildə Arizona Ştatının Feniks şəhərində anadan olub. Altı yaşında ikən Nik West bacısı ilə üç hissəli harmoniya oxuyurdu. Bu,onun musiqi qabiliyyətini üzə çıxardı. Nik 13 yaşındaykən ritm gitarasını alır və Michael Jackson-un mahnılarını eşitdikdən sonra musiqi ilə məşğul olmağı qərara alır. Musiqiçi Alex Henderson (Billboard) Nik West-in böyük istedadının olmasını xüsusi qeyd etmişdir.Nik West qeyd edir ki,onun  musiqisini dinləyən  hər kəs üçün bu musiqi yeni nəfəsdir.

Caz ifaçısının çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

 İyunun 8- də Beynəlxalq Muğam Mərkəzində “Baku Summer Jazz Days” layihəsi çərçivəsində tamaşçılara Fransanın populyat musiqiçiləri Jacky Terrasson və Stephane belmondo və onların yeni layihəsi TERREMONDO (“Mohter”) ilə görüş gözləyir.

 Biletləri şəhərimizin kassalarından, “ASAN xidmət mərkəzlərindən və İticket.az saytından əldə etmək olar.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: