Beynəlxalq Muğam Mərkəzində məşhur caz ulduzu Linley Marte çıxış edəcək

Noyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində  Azərbaycanın məşhur caz ifaçısı Təranə Mahmudovanın yaradıcılığının 20 illiyinə həsr olunmuş  “Baku Sound” adlı konsertdə dünya səviyyəli bas gitarist, məşhur caz ulduzu Linley Marte (Fransa) iştirak edəcək.
Linley Marte ekzotik Mavriki adasında anadan olub. Onun Afrika və Hindistan ritmləri ilə dolu coşğun, məharətli ifası, nadir ritm hissi və fantastik texnikası bas gitara üçün ən yüksək müasir ifaçılıq zirvələrini fəth etmişdir. O, öz yaradıcılığında François Jeanneau, Lionel Belmondo, Stéphane Belmondo, Eric Bensoussan, Antoine Hervé, Marc Berthoumieux, Sylvain Beuf, Flavio Boltro, Jean-Pierre Como, Laurent Coq, Jean-Marie Ecay, Christian Escoudé, Denis Leloup, Francis Lockwood, Nicolas Genest, Nguyên Lê, Olivier Ker Ourio kimi məşhur musiqiçilərlə əməkdaşlıq etmişdir.
Konsertdə caz üslubunda Azərbaycan xalq kompozisiyaları və müasir caz əsərləri səslənəcək.
Gecədə  məşhur zərb ustası, beynəlxalq festivalların iştirakçısı və laureatı Zaza Tserdsvadze (Gürcüstan) və istedadlı pianoçu Elbey Məmmədzadə (Azərbaycan) iştirak edəcəklər.
Biletləri şəhərimizin kassalarında, “ASAN xidmət” mərkəzlərində və iticket.az saytında əldə etmək olar.
Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: