Kəsmikli keks

Tərkibi:

100 qram- Kərə yağı
200 qram- Kəsmik
100 ml.- Yoqurt
3 ədəd- Yumurta
150 qram- Şəkər tozu
100 qram- Quru Meyvə
100 qram -qara Şokolad
200 qram- dondurulmuş Albalı
1 xörək -qaşığı Qarğıdalı nişastası
300 qram- Un
10 qram- Qabartma tozu

Hazırlanması:
Yumşaldılmış kərə yağıyla şəkər tozunu mikserlə çalırıq.
Quru meyvələri 5 dəqiqəlik qaynadaq. Ərikləri isə kəsək.
Quru meyvələri 5 dəqiqə qaynatdıqdan sonra qoyuruq quruyur və 1 xörək qaşığı unla qarışdırırıq.
Çalınmış yağla şəkər tozunun üzərinə 3 ədəd yumurta,yoqurt və kəsmik əlavə edib mikserlə çalırıq.Ardından isə un və qabartma tozunu tökürük.

Ardından quru meyvələridə əlavə edib qarışdırın.
Dördbucaq formalı qabı götürürük üzərinə falqa kağızı səririk və duru yağ ya da kərə yağı ilə yağlayırıq.
Formalı qabın yarısına kimi xəmiri tökün.
Qalan xəmiri isə balaca keks qablarına qoyursuz.
İri keksi də xırda keksləridə 180 dərəcə sobada balaca keksləri 25 dəqiqə, iri keksi isə 40-50 dəqiqə müddətinə bişirirsiniz.

Bişmiş balaca keksler biraz soyuduqdan sonra qabından çıxarılır və üzəri dondurulmuş albalı ilə bəzədilə bilər.
Bunu üçün dondurulmuş albalını bir qazana qoyub odun üzərinə qoyursuz 5 dəqiqə qaynayandan sonra suyunu buraxan kimi qarğıdalı nişastası və 100 ml. su tökürsüz istəyə görə şəkər tozuda əlavə edə biləriz.
Hazır iri keks bişdikdən sonra biraz soyudulur və qabından çıxarılır.Üzərinə isə ərinmiş şokolad tökürük.
Kekslərimiz hazırdır.

Nuş olsun!

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: